Səudiyyədə dilənçilər küçə süpürməklə pul qazanırlar

A broom Fotonun müəllifi US Navy
Image caption Dilənçilər özlərini küçələri təmizləyən işçilər kimi təqdim edərək pul qazanır

Səudiyyə Ərəbistanın Ciddə və Ər-Riyad şəhərlərində dilənçilər yeni üsulla pul qazanmağa imkan tapıblar. Onlar özlərini küçələri təmizləyən işçilər kimi təqdim edirlər.

Arab News saytının məlumatına görə, Ciddə şəhərində küçə süpürənlər aya yalnız 400 riyal (107 dollar/ 180 manat) qazanırlar və dolanışıq üçün tələb olunan pul qazanmaq üçün əlavə pulu piyada gəzənlər və ya sürücülərdən alırlar.

Jurnalist Əssam əl-Ğalib yazır ki, küçə süpürənlər həftənin 6 günü və hər gün 11 saat işləyirlər. Hər ay aldıqları 400 riyala əlavə olaraq yaxından keçənlərdən ayda 700 və 2500 riyal arasında pul alırlar.

Jurnalist pul verənlərin çoxunun xeyriyyə və rəhm hislərindən ilhamlandıqlarını deyir.

Ciddə şəhərində küçə təmizliyinə rəhbərlik edən rəsmilərdən biri qəzetə deyib ki, bəzi şəxslər küçə süpürənlərin forması geyinərək pul əldə etməyə çalışırlar.

Dünyanın ən varlı şəxslərinin bəziləri Səudiyyə Ərəbistanında yaşasa da, vətəndaşların təxminən 20 faizi yoxsulluq şəraitində yaşayır.

Sosial şəbəkələrdə bəzi səudiyyəlilər hökumətin dövlət qulluqçularına niyə belə az maaş verdiyini müzakirə ediblər.

Bir istifadəçi yazıb: "bu ölkənin sərvəti boldur, amma maaş verməyə qadir deyil".

Bu barədə daha geniş