Neftə bulaşan balıqların qərarvermə qabiliyyəti korlanır - araşdırma nəticələri

Mərcan rif üzərində üzən balıqlar Fotonun müəllifi Jodie Rummer
Image caption kiçik miqdarda neft ləkəsi mərcan rif balığının hərəkətlərində təhlükəli dəyişikliklərə səbəb ola bilər.

Yeni elmi araşdırmanın nəticələrinə görə, kiçik miqdarda neft ləkəsi mərcan rif balığının hərəkətlərində təhlükəli dəyişikliklərə səbəb ola bilər.

Tədqiqatçılar neftə bulaşan balıqların sanki sərxoş vəziyyətə düşdüyünü qeyd edərək, bu vəziyyətin onlar üçün riskli oluğunu vurğulayıblar.

Araşdırma nəticəsində məlum olub ki, neftə bulaşan balıqlar açıq suya doğru hərəkət edir, yaşayış üçün uyğun mühit axtarışı çətinləşir və yaranan təhlükələrə reaksiyası ləngiyir.

Alimlərin qeyd etdiyinə görə, neft ləkələri Böyük Sədd rifi kimi mühit şəraitində balıqların yaşama qabiliyyətini zəiflədir.

Tədqiqatçıların qeyd etdiyi kimi, Olimpiya yarışları üçün nəzərdə tutulmuş ölçüdə su hovuzuna hətta bir neçə neft damcısı balıqların davranışında "dramatik dəyişiklərin" yaranmasına səbəb ola bilər.

Alimlər həmin balıqların üzərinə nəzəri bir yırtıcının hücumunu modelləşdirərkən, balıqların reaksiyası ləng olmaqla yanaşı, təhlükə mənbəyindən uzaqlaşmaq üçün seçdikləri hərəkət istiqaməti də yanlış olub, tədqiqat müəlliflərindən biri, James Cook universitetinin doktoru Jodie Rummer BBC-ə bildirib.

Doktor Rummer-ə görə, neft ləkələrinin balıqlara bu cür təsiri balıq populyasiyaları və mərcan rif sistemlərinin ümumi durumu üçün mənfi nəticələrə gətirib çıxara bilər.

"Neft çirklənməsinin təsiri davamlı olur, bu özünü balıqların artım sürətinin azalmasında və onların yaşama qabiliyyətinin zəifləməsində göstərir", - xanım Rummer qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş