Şahzadə Diana-nın şəxsi əşyalarının sərgisi keçiriləcək

Princess Diana'nın masası Fotonun müəllifi PA

Şahzadə Diana-nın musiqi kasetləri və balet ayaqqabıları kimi onlarca şəxsi əşyası ölümünün 20-ci ildönümündə Buckingham sarayında nümayiş etdiriləcək.

1997-ci ildə Parisdə keçirdiyi avtomobil qəzası nəticəsində həlak olan Diana-nın nadir qəbul edilən şəxsi əşyalarının olduğu sərgi hər kəs üçün açıq olacaq.

Sərgidə şahzadənin oğulları şahzadə Harry və şahzadə William ilə olan şəkillərindən ibarət xüsusi bir kolleksiya da yer alacaq.

Sərgidəki bir çox əşyanı şahzədə Harry və şahzadə William seçib.

Fotonun müəllifi PA
Image caption Şahzadə Harry və şahzadə William anaları ilə olan xatirələri yaşatmaq üçün seçdikləri şəkilləri masanın üstünə yerləşdiriblər

Şahzadə Diana-nın Kensington iqamətgahındakı otağındakı çalışdığı, kitab oxuduğu və rəsmi yazışmaları apardığı masa sərginin ən əhəmiyyətli əşyalarından biridir.

Diana-nın musiqiyə olan həvəsini anladan, aralarında Diana Rossi, Lionel RichieElton John-un albomlarının da olduğu kaset kolleksiyası da ziyarətçilərə təqdim olunacaq.

1 oktyabra qədər davam edən sərgidə kraliça Elizabeth-ə taxtda olmasının 65 illik münasibətiylə təqdim olunan hədiyyələrə də yer ayrılıb.

Fotonun müəllifi PA
Fotonun müəllifi PA
Fotonun müəllifi PA
Image caption Diana Spenser-in uşaqlığına dair bir çox özəl əşyalar da sərgidə yer alacaq

Əlaqəli mövzular

Bu barədə daha geniş