Britaniyada limonad satan 5 yaşlı qızı cərimələyiblər

Lemonade Fotonun müəllifi Andre Spicer

Britaniyanın paytaxtı Londonda bir rayon icra hakimiyyəti festival ziyarətçilərinə 50 pence-ə (1.10 AZN) limonad satan 5 yaşlı qıza 150 funt sterlinq (329 manat) cərimə yazıb.

Qızın atası Andre Spicer deyib ki, həftəsonu keçirilən Lovebox Festivalına gedən minlərlə insan şərqi Londonda qızının limonad satdığı Mile End ərazisindən keçərək festivala yollanıblar.

Professor Spicer xəbəri eşidən qızının ağlayaraq "Mən piş şey elədim" dediyini bildirib.

Tower Hamlets icra hakimiyyəti cəriməni ləğv edib və üzr istəyib.

Fotonun müəllifi Andre Spicer
Image caption Qıza lisenziyasız ticarətlə məşğul olduğu üçün cərimə vərilib

Professor Spicer qızının köşkdə limonad satmaq istədiyini deyib.

"O sadəcə insanların üzlərinə təbəssüm qoymaq istəyirdi. O, özü ilə çox qürur duyurdu."

"Lakin qısa bir müddətdən sonra dörd zabit küçənin əks tərəfindən yolu keçib yanımıza gəldilər."

"Mən şokda idim. Mən düşündüm ki, onlar bizə əşyalarımız toplayıb evə getməyimizi əmr edəcəkdilər."

Məntiqsizlik

"Lakin onlar mobil kamera ilə səhnəni çəkərək ona ticarət lisenziyası olmadığını izah edən bir mətni oxumağa başladılar."

"Qızım məndən yapışaraq qışqırdı ki, "ata, ata, mən pis bir şey eləmişəm." Onun beş yaşı var."

"Bizə 150 funt sterlinq cərimə yazdılar. Biz əşyalarımızı toplayıb piyada evə getdik."

Hadisədən sonra yerli icra hakimiyyət sözçüsü deyib: "Bunun baş verdiyi üçün biz dərindən üzr istəyirik. Biz zabitlərimizdən məntiq nümayiş etməsini və öz qüvvələrindən ağıllı şəkildə istifadə etmələrini gözləyirik."

"Aydındır ki, bu dəfə belə olmadı. Cərimə dərhal ləğv ediləcək və biz artıq professor Spicer və qızına zəng edərək onlardan üzr istəmişik".

Əlaqəli mövzular

Bu barədə daha geniş