Sosial şəbəkəsiz həyat: "Məni artıq “like”lar narahat etmir "

Эбби Fotonun müəllifi Abbie Fudge
Image caption Abby hələ məktəbdə oxuyarkən aqresiyya ilə üzləşib, lakin sonradan bu sataşmalar internetdə yayılıb

Abby və Sophie bizim bəzilərimiz üçün mümkünsüz olan bir şeyi ediblər: onlar sosial şəbəkələrdəki hesablarını ləğv ediblər.

Onların hər ikisinin internetdə elə də xoşagələn ünsiyyət təcrübəsi olmayıb və yeni tədqiqat onların tək olmadığını göstərir.

Ditch the Label xeyriyyə təşkilatı gənc internet istifadəçiləri arasında sorğu keçirib.

12-20 yaşlı gənclər arasında keçirilən sorğunun mövzusu sosial şəbəkələrdən istifadə ilə əlaqəsi olan kiber ziyanlar və həyəcanlı vəziyyət olub.

Sorğuda 10 min insan iştirak edib. Respondentlərin 70 faizi sosial şəbəkələrdə bir dəfə də olsa kimisə təhqir etdiklərini, 17 faizi isə birbaşa kimisə məsxərəyə qoyduqlarını etiraf ediblər.

Hər üç nəfərdən biri internetdə aqresiya ilə qarşılaşmaqdan qorxduğunu, əksəriyyəti isə xarici görünüşünə görə təhqir eşidəcəyindən çəkindiyini söyləyib.

Sorğuda iştirak edənlərin çoxu aqresiya ilə əsasən Facebook və İnstagram-da rastlaşdıqlarını bildiriblər.

Respondentlərin 40 faizi selfi-ləri bəyənilmədikdə kədərləndiklərini, 35 faizi isə izləyicilərinin sayının az olmasının onların özünə olan inama təsir etdiyini deyiblər. \


Həmçinin oxuyun:


19 yaşlı Abby

Abby aqresiya ilə ilk dəfə məktəbdə qarşılaşıb. Ona hücum edənlərdən biri məktəbdən kənarlaşdırıldıqdan sonra bu hadisə internetdə yayılıb.

"Sosial şəbəkələrdə məni çox pis şəkildə ələ salırdılar. Bəzi qızlar rəfiqələri məktəbdən kənarlaşdırıldığı üçün məni ittiham edirdilər. Onlar mənim karikaturamı çəkir, mənim haqqımda təhqiredici statuslar paylaşır və ya mənim şəkillərimin altından çirkin şərhlər yazırdılar. Mən facebook-u ləğv etdim, çünki bu şərhlərdən, şəkillərdən və statuslardan yaxamı qurtara bilmirdim. Onlar məni şəkillərdə kök və qorxunc təsvir edirdilər və bu da mənə mənfi təsir göstərirdi ",- deyə Abby bildirib.

Fotonun müəllifi Getty Images

"Mən belə şeylərin paylaşıldığına inana bilmirdim və mən özümə inamı itirməyə başlamışdım."

Mən Facebook-dakı hesabımı bir müddətliyinə bağladım. Bir neçə aydan sonra yenidən açdıqdan sonra bu dəfə ancaq mənə yaxın dostları və qohumları ora əlavə etdim. Məni lağa qoyan qızları isə blokladım. Mən sanki yüngülləşmişdim, ən azından məni evdə bu təhqirlər izləmirdi."

"Mən hesabımı öz şəxsi sakitliyim üçün ləğv etdim. Lakin mənə elə gəlir ki, Facebook kiməsə sataşan hesabların bağlanması üçün nəsə etməlidir. Yoxsa bu ədalətli deyil ".

22 yaşlı Sophie

Fotonun müəllifi Sophie

Sophie isə İnstagramdakı səhifəsini özündən və həyatından razı olmadığını hiss etdiyi üçün bağladığını bildirib.

"Mən hər dəfə İnstagrama daxil olduqda başqalarının paylaşımlarını gördükdə məndə paxıllıq hissi yaranırdı."

"Bundan başqa mən hər dəfə dostlarımla harasa gedəndə mütləq yaxşı şəkil çəkdirib və bundan çoxlu "like" qazanmaq haqqında düşünürdüm. Bu isə məni dəli edirdi."

"Cənubi-Şərqi Asiyaya səfər zamanı mənə elə gəldi ki, nə isə yolunda getmir. Son günlər ərzində isə mən özümü lap pis hiss edirdim, çünki bir dənə də olsun gözəl şəkil paylaşmamışdım."

"Mən sosial şəbəkələr üçün darıxmıram"

"Mən şəkillərə baxan zaman elə də həyəcan keçirmirdim, lakin mən həmişə çoxlu "like" toplamayan şəkilləri silmək istəyirdim. Mən elə fikirləşirdim ki, şəkil o zaman gözəldir ki, o çoxlu "like" toplasın. Lakin görəndə ki, insanlar şəklinə görə çoxlu "like" qazanıblar, mən də belə etmək istədim"

"Mən bütün bunlar üçün darıxmıram. Mən indi görürəm ki dostlarımla daha məmnuniyyətlə görüşürəm, çünki artıq yaxşı şəkil çəkdirmək barədə düşünmürəm ".

Bu barədə daha geniş