Kabul: intiharçının avtomobil hücumu nəticəsində 30 nəfər həlak olub

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Kabulda törədilmiş partlayış. Video: Ahmad Shuja

Kabulda intiharçının avtomobil ilə keçirdiyi hücum nəticəsində azı 30 nəfər həlak olub, rəsmilər BBC-ə bildiriblər.

Partlayış nəticəsində azı 42 nəfər yaralanıb və yaralıların sayının arta biləcəyi deyilir.

Şəhərin qərbində yerləşən və əsasən şiələrin yaşadığı məhəllədə törədilmiş partlayış Dağ-mədən Nazirliyi qulluqçularını daşıyan avtobusa qarşı keçirilib, rəsmilər bildiriblər.

Taliban hücumu həyata keçirdiyini və hədəfin kəşfiyyatçılar olduğunu bəyan edib.

Image caption Partlayışa tuş gəlmiş avtobusun qalıqları hadisə yerindən aparılır
Image caption Hücumun həyata keçirildiyi ərazi şiə həzara icmasının məskunlaşdığı zonaya daxildir.

Partlayış nəticəsində üç nəqliyyat vasitəsi və 15 dükan dağıdılıb və ya tamamilə məhv edilib.

Hücumun həyata keçirildiyi ərazi şiə həzara icmasının məskunlaşdığı zonaya daxildir.

Partlayış hökümətin yüksəkvəzifəli rəsmisi və həzara icmasının rəhbəri Məhəmməd Mohaqiqin evinə yaxın bir yerdə baş verib.

Bu rayonda son dövrdə bir neçə hücum həyata keçirilib, belə hücumlardan birində ötən ay yüksək vəzifəli şiə dini xadimi Ramazan Hüseynzadə öldürülmüşdü.

Prezident Əşrəf Ğani "mülki əhali və hökümət işçilərinə qarşı" törədilmiş son hücumu pisləyib.

Daxili İşlər Nazirliyi bu hücumu "insanlıq əleyhinə keçirilmiş akt" adlandırıb.

Taliban sözçüsü avtobusun uzun müddət nəzarət altında olduğunu və "kəşfiyyat işçilərini" daşıdığını bildirib.

BMT-nin məlumatına əsasən, bu ilin birinci yarısında ölkədə 1,662 mülki həlak olub, onlardan təxminən 20 faizi paytaxtda baş verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş