Qərb Sahili: Üç israilli öldürülüb

Medics evacuate an Israeli woman who was injured in the attack Fotonun müəllifi Reuters
Image caption Medics took to hospital an Israeli woman who was injured in the attack

Qərb Sahilindəki Ramallah şəhəri yaxınlğında yerləşən məskəndə üç mülki israilli bıçaqlanalaraq qətlə yetirilib. Halamiş şəhərində hücuma məruz qalan daha bir israilli yaralanıb.

Hadisədən əvvəl fələstinlilərlə İsrail qüvvələri arasında toqquşmalar baş verib. Buna səbəb Yerusəlimin (Qüds) müqəddəs sayılan Məbəd dağı yaxınlığında metal detektorlarının quraşdırılması olub.

Kütləvi çıxışlar vaxtı Şərqi Yerusəlim və Qərb Sahilində üç fələstinli öldürülüb, yüzlərlə insan xəsarət alıb.

Fələstin prezident Mahmud Abbas Məbəd dağına müdaxilə ilə bağlı İsrail tərəfilə təmaslardan imtina etdiyini bildirib.

2015-ci ilin oktyabr ayından bəri fələstinli və ya israilli ərəblərin hücumları nəticəsində 40-dan çox israilli həlak olub. Eyni dövr ərzində 240-dan artıq fələstinli öldürülüb, İsrail bildirir.

Şərqi Yerusəlimdə yerləşən Məbəd dağı - yəhudilər və müsəlmanlar üçün müqəddəs yer sayılır.

Fələstinlilər Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı sayır, İsrail isə təkid edir ki, şəhər İsrailin vahid və bölünməz paytaxtıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş