İsrail əl-Əqsa məscidi qalmaqalında mövqeyini yumşalda bilər

An Israeli border police officer is seen during Friday prayers Fotonun müəllifi Getty Images

İsrail Yerusəlimin (Quds) müqəddəs əl-Əqsa məscidi kompleksinin girişinə yerləşdirdiyi dəmir detektorları çıxarması mümkündür, yüksək vəzifəli rəsmi bildirib.

General-Mayor Yoav Mordechai müsəlmanları təhlükəsizliyi təmin etmək üçün başqa təkliflər verməyə çağırıb.

İsrail məscid kompleksinin girişində yeni təhlükəsizlik tədbirlərini, bu ayın əvvəli əl-Əqsa yaxınlığında iki İsrail polisinin qətlindən sonra tətbiq edib.

İsrailin addımı fələstinlilərin qəzəbinə səbəb olub. Onlar İsraili İudaizimdə müqəddəs sayılan və Məbəd dağı adlandırılan ərazini ələ keçirmək istədiyini idda edirlər.

İslamda Haram əs-Şərif adlanan ərazidə son bir neçə gün ərzində gərginlik artıb.

"Biz ümid edirik ki, İordaniya və digər ərəb ölkələri başqa bir təhlükəsizlik tədbiri təklif edə biləcəklər", General-Mayor Mordechai BBC Ərəbcəyə bildirib.

"Hansı təklif olur olsun, elektronik, kiber və ya müasir texnologiya. İsrail bu məsələni həll etməyə hazırdır. Bizə təhlükəsizlik çözümü lazımdır, siyasi və ya dini yox."

Bu İsrailin mövqeyinin yumşaldığını göstərən ilk əlamətdir.

Şənbə günü fələstinli etirazçılar və İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edib. Son iki gün ərzində dörd fələstinli öldürülüb.

Cümə günü üç mülki israilli işğal altında olan Qərb Sahilində Ramallah şəhərinin yaxınlığında yaşadıqları yəhudi məskənində bıçaqlanaraq öldürülüblər.

Bazar ertəsi günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası qarşıdurmanın həlli yollarını müzakirə edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş