ABŞ-da bir yük maşınında 8 cəsəd və ağır vəziyyətdə olan 20 nəfər tapılıb

San Antonio'daki emniyet ve itfaiye yetkilileri Fotonun müəllifi San Antonio Police Department
Image caption San Antonio poli və yanğınsöndürmə rəsiləri cəsədlərin aşkar edildiyini bildiriblər

ABŞ-ın Texas ştatının San Antonio şəhərində yerləşən Walmart supermarketinin qabağında saxlanmış bir yük maşının içində səkkiz nəfərin cəsədi tapılıb, polis rəsmiləri deyir.

Bundan başqa həmin maşında susuzluq və istidən əziyyət çəkən 20 nəfərin ağır vəziyyətdə aşkar edilərək xəstəxanaya aparılığı bildirilib.

Polis avtomobilin haradan gəldiyini açıqlamayıb, lakin sürücünün saxlandığını və insan qaçaqmalçılığı üzrə araşdırmanın başlandığını qeyd edib.

San Antonio polis rəisi William McManus deyib ki, yük maşınından bir şəxs supermarketə yaxınlaşaraq su istədiyindən sonra şübhələnən supermarket işçisi polisa müraciət edib.

Yerli yanğınsöndürmə xidmətinin rəisi Charles Hood hadisə yerinə gecə yarısından bir az sonra gəldiyini və yük maşının yüklükyündə içində kondisioner və ya su görmədiyini deyib.

O, aşkar edilən şəxslər arasında iki məktəb yaşında uşağın olduğunu bildirib, lakin onların vəziyyəti barədə məlumat verməyib.

"Bizim bəxtimiz gətirib ki, bu avtomobil içində qapalı qalmış 38 cəsəd tapmamışıq", o, vurğulayıb.

Son günlər ərazidə hava isti və quru olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş