Macaristan Polşada məkəmə sisteminin dəyişməsini dəstəkləyir

Protesters in Warsaw, Poland Fotonun müəllifi Reuters
Image caption Etirazçılar Polşanın prezidentini qanunu veto etməyə çağırıblar

Macaristanın Baş naziri Viktor Orban Polşanın məhkəmə sisteminə dəyişiklikləri qəbul etdikdən sonra Avropa İttifaqının (Aİ) tənqidlərindən müdafiə edəcəyini vəd edib.

Macarıstan "polşalılarla həmrəylik nümayiş etdirmək üçün Avropa İttifaqında əlindən gələn bütün qanuni üsullardan istifadə edəcək", o, deyib.

Bundan əvvəl Polşanın senatı parlament deputatları və ədalət nazirinə hakimləri təyin etmək səlahiyyətini verən qanunun lehinə səs vermişdi.

Hakim Qanun və Ədalət partiyası yeni qanunun korrupsiyaya qarşı mübarizə üçün lazım olduğunu deyir. Tənqidçilər isə bu qanunun hakimlərin müstəqilliyinə son qoyacağını deyirlər.

Son həftlər minlərlə nümayişçilər küçələrə çıxaraq qanuna qarşı etiraz aksiyaları keçiriblər.

Yeni qanunun ilk nəticələrindən biri ali məhkəmənin hakimlərinin vəzifələrindən çıxarılaraq başqalarıyla əvəzlənməsi olacaq.

Təqaüdə çıxmağa məcbur edilən hakimlərin bir daha vəzfilərinə bərpa edilib-edilməməsi barədə qərarı Polşanın prezidenti Andrzey Duda verəcək.

Rumıniyada çıxış edən cənab Orban tənqidçilərə hücum edərək deyib: "Avropa və qədimdən qalmış Polşa-Macarıstan dostluğu marağına görə Polşaya qarşı bu ikvizisiya kampaniyası heç zaman uğurlu olmayacaq."

Fotonun müəllifi EPA
Image caption Cənab orban Polşanı Aİ-dən müdafiə edəcəyini deyib

Polşa hökuməti dəyişikliklərin ədliyyə sistemini daha səmərəli edəcəyini və hakimlərin cavabdehliyini artıracağını deyir.

Lakin Avropa Zirvəsinin prezidenti və keçmiş Polşa Baş naziri Donald Tusk yeni qanunu "geriyə" addım kimi qiymətləndirib.

"Məhkəmələrin Qanun və Ədalət partiyasının təklif etdiyi şəkildə hakim olan partiyanın səlahiyyəti altında gətirilməsi Polşa demokratiyası barədə artıq ləkələnmiş ictimai rəyi tamamilə məhv edəcək", o, bəyanatda deyib.

Avropa Zirvəzisinin vitse-prezidenti Frans Timmermans qanunun ləğv edilmədiyi halda Aİ görüşlərində Polşanın səsvermə hüququnu ləğv edəcəyini deyib.

Senatda qəbul edildikdən sonra qanun layihəsi qüvvəyə minmədən əvvəl hakim partiyanın müttəfiqi olan prezident Duda tərəfindən imzalanmalıdır.

Fotonun müəllifi Reuters
Image caption Polşanın senatı qanun layihəsini şənbə günü qəbul edib

Bu barədə daha geniş