Yaponiya: Fukuşimada sualtı robot "ərimiş nüvə yanacağı aşkar edib"

Zarar gören reaktörlerden birinin altında lav benzeri kayalar bulundu Fotonun müəllifi AFP
Image caption Zərər alan reaktorların birinin altında maqmaya bənzər daşlar aşkar edilib

Yaponiyanın Fukuşima nüvə elektrik stansiyasının su altında qalmış reaktorlarından birinə göndərilən sualtı robot əridikdən sonra daşlaşmış nüvə yanacağı olduğu ehtimal edilən daşların videosunu çəkib.

2011-ci ildə baş vermiş tsunami nəticəsində zərər alan Fukuşima nüvə elektrik stansiyasını idarə edən Tepco şirkəti tərəfindən paylaşılan videoda 3 nömrəli reaktorun altında soyumuş maqmaya bənzər daşlar görünür.

Bu daşların ərimiş nüvə yanacağı olduğu ehtimal edilir, lakin nüvə elektrik stansiyasının təmizlənməsi üçün daşların yoxlanması vacib olacaq.

Fotonun müəllifi AFP

Fukuşima 2011-ci ildə aldığı xəsarətdən sonra baş verən nüvə fəlakəti 1986-cı ildə Ukraynanın Çernobil şəhərində baş vermiş faciədən sonra dünyanın ən mühüm nüvə qəzası olub.

Fukuşima hadisəsinin yaratdığı şüalanma təhlükəsi nəticəsində 200 min insan evlərini tərk etməyə məcbur qalıb.

Bəzi reaktorlarda şüalanma səviyyəsi çox yüksək olduğu üçün onlarda təmizləmə fəaliyyətlərinə başlamaq mümkün olmayıb.

Hazırda robotlarla araşdırılan təhlükəli reaktorların və nüvə elektrik stansiyasının tamamilə təmizlənməsinin onilliklər çəkəcəyi gözlənilir.

Fotonun müəllifi AFP

Əlaqəli mövzular

Bu barədə daha geniş