Londona uçan sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərib

Luton Airport Fotonun müəllifi Luton Airport
Image caption Hadisə tyyarənin enməsinə yarım saat qalmış baş verib

Wizz Air aviaşirkətinin sərnişinləri London istiqamətində hərəkət edən təyyarənin bortundakı qəza çıxışı qapısını açmağa cəhd göstərən kişini tutaraq zərərsizləşdiriblər.

Londonun Luton hava limanına gələn polis əməkdaşları "dağıdıcı ruhlu sərnişinlə" baglı insidenti aydınlaşdırmağa çalışıblar.

A320 təyyarəsi Polşadan Londona hərəkət edirmiş.

Şahidlərdən birinin BBC-yə verdiyi açıqlamaya görə, kişi qapını digər sərnişinlərin onu döşəməyə yıxması səbəbilə aça bilməyib.

Kişi təyyarəyə və sərnişinlərin həyatına təhlükə yaratmaqda şübhəli bilinərək həbs olunub.

Sərnişinlər "xuliqanın üstünə oturublar "

Təyyarənin enməsinə yarım saat qalmış qabaq hissəsində oturan sərnişinlərdən biri laynerin gövdəsinin mərkəzi hissəsində, qəza çıxışının yanında oturan bir xanımın yanına gələrək orada oturub.

Bu barədə həmin reyslə uçan David Salon danışıb:

"Qəfildən qapının üstünə qaçan sərnişin onu açmağa cəhd göstərdi. Qadın dəhşət içindəydi. Xoşbəxtlikdən yaxınlıqda Polşadan olan 3 nəfər cüssəli oğlan oturmuşdu. Onlar digər sərnişinlərlə birgə onu döşəməyə yıxaraq üstündə oturdular ".

Fotonun müəllifi Luton Airport
Image caption Təyyarə enən zaman polis şübhəlini aparmayana qədər sərinişinlərdən təyyarəni tərk etməmək xahiş olunub.

Təyyarə heyəti daha sonra təhlükəsizlik kəməri ilə xuliqanın əllərini bağlayıblar.

Salon-un sözlərinə görə, 20 yaşlı xuliqan Polşa vətəndaşı olub.

Salon, sərnişinləri təyyarə qədər aparan avtobusda da gəncin özünü qəribə apardığını söyləyib.

Təyyarə enən zaman polis şübhəlini aparmayana qədər sərinişinlərdən təyyarəni tərk etməmək xahiş olunub.

Bedfordshire polisi yüngül xəsarət alan xuliqanın əvvəlcə xəstəxanaya aparıldığını, daha sonra isə sorğu-sual edildiyini təsdiqləyib.

Fotonun müəllifi Getty Images
Image caption Mütəxəssislərin sözlərinə görə, uçuş yüksəkliyində olan zaman təyyarənin qapısını açmaq texniki cəhətdən mümkün deyil, lakin bu cür cəhdlər dünyada müntəzəm həyata keçirilir.

Wizz Air şirkəti baş verən insidenti təsdiqləyərək sərnişinin "ram edilməyən və çılğın" olduğunu bildirib.

"Wizz Air uçuş təhlükəsizliyini təmin etmək üçün standart prosesə riayət edib. Təyyarə endikdən sonra sərnişin səlahiyyətli orqanlara təhvil verilib", - deyə şirkətin mətbuat katibi bildirib.

Mütəxəssislərin sözlərinə görə, uçuş yüksəkliyində olan zaman təyyarənin qapısını açmaq texniki cəhətdən mümkün deyil, lakin bu cür cəhdlər dünyada müntəzəm həyata keçirilir.