BBC-dən Trump-Rusiya sualları Emin Ağalarovu narahat edib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

BBC-dən Trump-Rusiya sualları Emin Ağalarovu narahat edib

Oğul Donald Trump-ın emaillərində Rusiya və Trump kampaniyası arasında vasitəçi olaraq adı çəkilməklə Emin Ağalarov diqqət mərkəzinə çevrilib.

BBC-nin müxbiri Sarah Rainsford Emini Latviyada keçirilən müsiqi konsertində saxlayaraq qalmaqalda yaranan suallara cavab almaq istəyib. Lakin Azərbaycan əsilli Rusiyalı pop ifacısı suallardan qaçınıb.

Oğul Donald Trump məcburən dərc etdiyi emaillərdə Emin və atası Araz Ağalarovun Rusiya hökumətindən Trump kampaniyasına dəstək olaraq Hillary Clinton barədə məlumat ötürmək üçün görüş təşkil etdikləri iddia edilir.

Emin və Araz Ağalarovun vəkili musiqi agenti Rob Golstone-un emaillərdə verdiyi məlumatın yalnış olmasında israr edib. Ağalarovlar onların Rusiya hökuməti və Trump kampaniyası arasında vasitəçilik etdikləri iddiasını rədd edirlər.

Emin Ağalarovun agenti Rob Goldstone isə yoxa çıxıb və hələ ki, Ağalarovların ona qarşı iddialarına cavab verməyib.