Trump-ın kürəkəni Rusiya ilə sövdələşməni təkzib edir

Kushner Fotonun müəllifi Reuters

Prezident Donald Trump-ın kürəkəni Jared Kushner senat paneli qarşısında nə özünün, nə də ki Trump kampaniyasının hər hansı bir üzvünün ABŞ prezident seçkilərilə bağlı Rusiya rəsmiləri ilə işbirliyinə girdiyini deyəcək.

O, Rusiya ilə düzgün sayılmayacaq əlaqələrinin olmadığını və biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyanın vəsaitlərinə güvənmədiyini deyəcək.

Bu barədə Jared Kushner senatın panel iclasından əvvəl yayımladığı bəyanatda bildirib.

Senat, Nümayəndələr palatası və xüsusi vəkil 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsini araşdırır.

Prezidentin baş müşaviri olan 36 yaşlı Jared KushnerTrump kampaniyasının rəqəmsal strategiyasına cavabdeh olub. O, Donald Trump-ın qızı İvanka ilə evlidir.

Cənab Kushner bazar ertəsi Senatın, çərşənbə axşamı isə Nümayəndələr palatasının Kəşfiyyat Komitələri qarşısında çıxış edəcək.

Həmçinin oxu:

Bazar ertəsi yayımlanan bəyanatında o bildirib ki, "mən sövdələşməmişəm, nə də ki kampaniya daxilində hər hansı xarici hökumətlə sövdələşmiş biri barədə bilirəm".

O, Rusiya Səfiri Sergey Kislyakla əlaqələrini qısaca təsvir getməzdən əvvəl deyib: "O ki qaldı mənim Rusiya və ya Rusiya nümayəndələri ilə əlaqələrimə, onlar çətin ki, olub".

Cənab Kushner, həmçinin ötən ilin iyun ayında Hillary Clinton barədə ziyanlı məlumatlar vəd etdiyi iddia edilən rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüşü barədə də yazıb.

Bildirib ki, görüşə gec gəlib, demək olar ki heç nəyin müzakirə olunmadığının fərqinə varıb və həmin vaxtı "yaxşı sərf edilməmiş" adlandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş