Hindistan: 10 yaşlı təcavüz qurbanı abort etdirmək üçün icazə istəyir

A protest in India against child sex abuse Fotonun müəllifi AFP
Image caption Fəallar deyir ki, valideynlər uşaqlarının zorakılığa məruz qalmasını etiraf etmək istəmir, insest halları isə ört-bastır edilir

Hindistan Ali Məhkəməsi hamilə olan 10 yaşlı təcavüz qurbanının müayinə edilməsi barədə göstəriş verib. Uşağın valideynləri uşağın abort etdirilməsi üçün icazə istəyir.

Uşağın 26 həftəlik hamilə olduğu bildirilir və həkimlər deyirlər ki, onun bədəni körpəni daşımaq üçün yetərincə inkişaf etməyib.

Hindistan qanunlarına görə, hamiləliyin 20-ci həftəsindən sonra abort edilməyə icazə verilmir. Bu yalnız həkimlər ananın həyatına təhlükə olması barədə rəy verdikdən sonra dəyişə bilər.

Qız iddia edir ki, o, ötən 7 ay ərzində yaxın qohumu tərəfindən dəfələrlə zorlanıb. Qohumu artıq həbs edilib.

Bildirilir ki, mədə ağrılardan şikayət edəndən sonra qızı xəstəxanaya aparan valideynləri onun hamilə olduğunu biliblər.

O, Çandiqarxın Tibbi Təhsil və Elmi Tədqiqat Təkmilləşdirmə İnstitutu tərəfindən çərşənbə günü müayinə ediləcək.

Ötən həftə, Pəncabdakı şimal şəhəri Çandiqarxın rayon məhkəməsi qızın valideynlərinin uşağın abort edilməsi iddiasını təmin etməyib.

Aborta qarşı sərt qanun Hindistanda oğlan uşaqlarına üstünlük verən mədəni üstünlüyün səbəb olduğu gender nisbətinin pozulması ilə mübarizə məqsədilə yaradılıb.

İllər ərzində gender yoxlamasından keçəndən milyonlarla qız dölləri aborta məruz qalıb.


Həmçinin oxu:


Lakin son illərdə Hindistanda məhkəmələr uşaq yaşda təcavüzə məruz qalan və abort etdirmək istəyən 20 həftədən çox hamilə şəxslərin abort etdirilməsi ilə bağlı iddiaları təmin edib, BBC-nin Dehlidəki əməkdaşı Geeta Pandey deyir.

May ayında, Haryana dövlət məhkəməsı oxşar iddia ilə bağlı tibbi mütəxəssislərə müraciət etedikdən sonra bir qrup həkim abortu həyata keçirməyə qərar verib.

Tibbi ekspertlər hesab edir ki, qızlar doqquz yaşında menstruasiya ola bilərlər, ancaq onların bədənləri bu yaşda hamiləlik üçün kifayət qədər yetkin deyil.

Hindistan dünya miqyasında uşaqların ən çox cinsi zəmində təhqiredici rəftara məruz qaldığı yerdir. Bəzi fəallar bildirir ki, bu epidemiya səviyyəsinə çatıb.

Amma bu problem barədə ictimai müzakirələr nadir halda baş verir.


Fotonun müəllifi AFP

Hindistanda zorakılığın miqyası

  • Hər 155 dəqiqədə bir 16 yaşınadək uşaq, hər 13 saatda isə bir 10 yaşınadək uşaq təcavüzə məruz qalır
  • 2015-ci ildə 10 mindən çox uşaq zorlanıb
  • Hindistanda 18 yaşı tamam olmamış 240 milyon qadın evlənib
  • Hökumət araşdırmasında iştirak edən uşaqların 53.22 faizi hansısa formada cinsi sui-istifadəyə məruz qaldığını deyib
  • Uşaqlara qarşı zorakılıq edənlərin 50 faizi uşaqların ya tanıdığı, yaxud "etimad göstərdiyi" şəxslərdir

Mənbələr: Hindistan hökuməti, Unicef


Bu barədə daha geniş