Real Madrid - Manchester United oyunundan irəli çıxan 5 amil

Manchester United Fotonun müəllifi Getty

Real Madrid - Manchester United oyununu ilə Beynəlxalq Çempionlar Kubokunda nəhənglərin qarşılaşması davam edib.

Dünən ötən mövsümün Çempionlar Liqasının çempionu Real Madrid-lə UEFA Avropa Liqasının kubokunu öz muzeyinə aparan Manchester United qarşı-qarşıya gəlib.

Califonia ştatının Santa Clara şəhərində keçirilən oyunda Real Madrid Sergio Ramos və Cristiano Ronaldo xaric ideal bir heyətlə oyuna başlayarkən, Manchester United meydana gənc və ehtiyat oyunçularla çıxıb.

45-ci dəqiqədə Real Madrid-in müdafiəsini gözəl hücumlarıyla keçən Martial-ın verdiyi ötürməni Lingaard qola çevirdikdən sonra birinci hissə 1:0 Manchester-in üstünlüyü ilə başa çatıb.

Real Madrid gənc oyunçularla çıxdığı ikinci hissədə Casemiro-nun penaltidən vurduğu qolla hesab bərabərləşib və oyunun normal müddəti bu hesabla yekunlaşıb.

Qaydalara uyğun olaraq birbaşa 11 metrlik cərimə zərbələriylə davam edən mübarizəni Manchester United 2:1 qazanıb.

Penalti zərbələrindən dördü qolla nəticələnməyib. Manchester United-in oyunçuları Blind və Mkhitaryan-nın vurduğu zərbələr qolla nəticələnib. Real Madridin tək qolunu isə Quezada vurub.

1 - Tərəfdarların marağı azaldı

Bu iki klub 3 il əvvəl də Amerikada qarşılaşmışdılar. Oyun 2014-cü ilin Dünya Kubokundan sonraya təsadüf etməsinə baxmayaraq, 109 min tərəfdar mübarizəni tribunadan izləmişdi.

Lakin, dünənki oyun zamanı tərəfdarlar 68 min 500 nəfərlik Levis Stadionunun yalnız yarısından çoxunu doldura biliblər.

Vəziyyətin belə olmasına bilet qiymətlərinin ötən illə müqayisədə nisbətən artması səbəb olub.

Fotonun müəllifi AFP

2- Martial-ın potensialı

Louis Van Gaal-ın vaxtında gözəl oyunuyla diqqəti çəkən Anthony Martial dünənki oyun zamanı Real Madrid-in müdafiəsini yararaq Lingard-a vurdurduğu qolla diqqəti çəkib.

Oyun zamanı göstərdiyi müsbət oyunuyla fransız oyunçunun İnter Milan-dan İvan Perisic tərəfindən əvəzlənməsi barədə söz-söhbətlərin məntiqini sual altında qoyub.

Manchester United-in keçmiş müdafiəçisi Gary Neville Old Trafford-da keçirdiyi iki ildə ona bəslənən yüksək gözləmələrə çatmayan 21 yaşlının "potensialına çatmalı" olduğunu deyib.

3- Zidane transfer istəyir

Çempionlar Liqasının finalındkı ilk 11-lik heyəti ilə müqayisədə 3 fərqli oyuçu ilə meydana çıxan Real Madrid Cristiano Ronaldo və Sergio Ramos-un yoxluğunda sınaqdan yaxşı çıxmadı.

Alvaro Morata, James Rodriguez, Danilo ve Pepe-nin klubdan ayrılmasından sonra menecer Zinedine Zidane mövsüm başlamadan heyətini bir neçə transferlə möhkəmləndirmək istəyir.

Fransız menecer bu transferləri Manchester United-lə 8 avqustda oyanancaq UEFA Super Kubokunun finalına, ya da Barcelona ilə oynanacaq İspaniya Super Kubokunun final oyununa kimi həyata keçirmək istədiyi bildirilir.

Fotonun müəllifi MANCHESTER UNITED

4- Ronald McDonald tədbirində

McDonald fastfud şirkətinin maskotu olan kloun, Ronald McDonald-ın komandaları meydana çıxarması, mərasimdə yer alması və oyundan əvvəl Amerika beynəlxalq himnini oxunması sosial şəbəkələrdə müzakirə edilən mövzu olub.

5- Manchester Super Kuboka daha hazır görünür

California-da görüşən bu iki klub 8 avqustda bu dəfə Skopyedə qarşılaşacaqlar. UEFA Super Kubokunun finalında mübarizə aparacaq Real Madrid və Manchester United-in dünənki oyununda ingilis heyəti Real Madrid-dən daha hazırlıqlı görünürdü.

Əlaqəli mövzular

Bu barədə daha geniş