Heyvan və insan: insanın heyvanla dörd yarışı

Michael Phelps və Böyük ağ kopəkbalığı. Fotonun müəllifi SPL/Discovery
Image caption Köpəkbalığı ilə insan arasında sürət yarışı Discovery televiziya kanalı ilə nümayiş etdirilir

Michael Phelps, dünyanın ən məşhur və çox sayda Olimpiya mükafatçısı, "Uçan balıq" ləqəbi ilə tanınan üzgüçü Böyük ağ köpəkbalığı ilə 100m məsafəyə üzgücülükdə yarışa çıxıb - həmin yarış Discovery televiziya kanalı ilə göstərilib.

Atlet insanlar arasında ən yüksək sürətlə üzə bilən üzgüçü sayılır.

Lakin sözügedən yarışda Phelps yalnız saatda 8-10 km sürətilə üzərək köpəkbalığına çata bilməyib.

İmkanları bir qədər bərabərləşdirmək üçün ABŞ üzgüçüsü ayaqlarına hətta "monofin" də taxıb.

Monofin - balığın quyruq üzgəçinin formasını alan və hər iki ayağa taxılan təküzgəc köməkçi üzmə vasitəsidir.

Böyük ağ köpəkbalığı ilə yarış Cənubi Afrika sahilyanı sularında təşkil edilmişdi.

Monofin sayəsində Phelps sürətini xeyli artıra bilsə də, köpəkbalığın saatda 40 km sürətinə yaxınlaşa bilməyib.

Təhlükəsizlik tədbiri kimi, o, köpəkbalığı ilə eyni zamanda suda olmayıb.

Fotonun müəllifi Discovery
Image caption Monofin üzgəçi Michael Phelp-in sürətini artırsada, köpəkbalığını məğlub etmək mümkün olmadı

İnsanlar təhlükəli heyvanlarla daim yarışa çıxıblar, xüsusilə, sürətlə hərəkət edən növləri ilə.

İnsanları buna sövq edən müxtəlif səbəblər var. Kimi bunu pul xətrinə edir, kimi diqqəti cəlb etmək üçün, kimi isə insanın nəyə qadir olduğunu yoxlamaq üçün.

İnsanın heyvanla yarışa çıxdığı daha 4 misal.

Cənubi Afrikanın məşhur reqbiçisi heparda qarşı

Bryan Habana dünyanın ən sürətli reqbiçisidir. O, 2007-ci ildə quruda ən sürətli heyvan sayılan hepardla yarışa çıxmaq qərarına gəldi. Bu tədbirə sponsorluğü üzərinə ətraf mühiti mühafizə qrupu götürdü.

Fotonun müəllifi Gallo Images/Getty Images

Habana cəld idi, lakin Usain Bolt qədər də yox. Habana 100m məsafəsini 10.4 saniyəyə qət etdiyi halda, Bolt həmin məsafəni dünya rekordu olan 9.58 saniyəyə qaça bilir.

2007-ci ildə 23 yaşı olan Habana hepardların sayının azalmasına diqqəti cəlb etmək üçün həmin heyvanla sürət yarışına çıxır.

Hepardı qaçmağa şirnikləndirmək üçün onun qarşısında qoyun şaqqası yerlə sürüdülüb.

Habanaya isə heparddan daha əvvəl qaçmağa başlamaq imkanı verilib.

Bu cür fora verilməsinə və var gücü ilə qaçmağına. baxmayaraq son anda hepard idmançını qabağlayıb.

Habana hepardı ötmək ümidi ilə daha bir cəhddə bulunub, lakin bu dəfə də heparda məğlub olub.

İtaliyalı üzgüçü delfinə qarşı

Fotonun müəllifi AP

Filippo Magnini 100m məsafəyə sərbəst üsülla üzgüçülükdə keçmiş dünya çempionudur.

O, 2011-ci ildə Roma yaxınlığındakı hövuzda iki delfinlə sürət yarışına çıxıb.

Balıqların insandan xeyli sürətli üzməsini nəzərə alaraq, yarışın şərtinə görə, insan yalnız hovuzun bir tayından o birisinədək üzməli idisə, delfinlər ikiqat məsafə qət etməli idilər - hövuzun o tayına və geri.

Lakin bu şərt gözlənilməklə belə "Superpippo" ləqəbli üzgüçü delfinləri qabaqlaya bilmədi.

Jesse Owens atlara qarşı

Fotonun müəllifi Bettmann/Getty Images

Qaradərili ABŞ yüngül atleti 1936-cı ilin Berlin Olimpiya oyunlarında Adolf Hitler qarşısında bir sıra qələbələrə imza atdı.

Adolf Hitler ümid edirdi ki, mövcudluğuna inandığı arilər irqinin üstünlüyü həmin Olimpiya Oyunlarında nümayiş etdiriləcək

Olimpiya çempionluğunu qazanmasına baxmayaraq, o dövrdə irqçiliyin hakim olduğu öz ölkəsində Owens maliyyə cəhətdən çətinlik çəkirdi.

O zaman ABŞ-da yüngül atletika hələ peşəkarların idman növünə çevrilməmişdi

Pul qazanmaq üçün Jesse Owens tamaşaçı kütləsi qarşısında atlarla yarışa çıxırdı.

İdmançı qaçmağa atdan daha əvvəl başlayırdı, və deyilənə görə, start tapançasından atın qulağıının dibində atəş açılması heyvanın bir anlığa özünü itirməsinə səbəb olurdu.

Lakin bütün bu gedişlərə baxmayaraq idmançı heçdə həmişə ata qabağlaya bilməyib.

Sonralar qaradərili əhali arasında daha geniş imkanlar açılanda, Jesse Owens prezident Eisenhower hökümətində İdman səfiri kimi xidmət göstərib.

Amerika futbolu ulduzu və dəvəquşu

Fotonun müəllifi Getty Images

NFL Amerika futbol liqasının hücumçu oyunçusu Dennis Northcutt 2009-ci ildə televiziya şousu üçün təşkil edilmiş Sport Science (İdman Elmi) adlı yarışda Thelma adlı dəvəquşunu asanlıqla qabağlaya bildi.

Lakin həmin ilkin qaçışda idmançı ilə quşu çəpər ayırdığından, dəvəquşu var gücü ilə qaçmayıb.

İkinci qaçış yarışı isə quşun saxlandığı hində keçirilib.

Bu dəfə Dennis açıq-aşkar quşa məğlub olub.

Az qala at kimi çapıb gedən dəvəquşunun qaldırdığı tozun içində qalmış Dennis quşa çatmaq cəhdləri etsə də, buna nail ola bilməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş