Wisconsin şirkəti işçilərinə mikroçip yeridir

A man uses the microchip implanted in his hand to open a door lock at a press preview of the Wear-it festival in Berlin on 8 June, 2017 Fotonun müəllifi AFP
Image caption Three Square Market believe microchipping yourself will be the next big craze

Amerikanın Wisconsin ştatındakı şirkət öz işçilərinə mikroçip yeridən ilk ABŞ şirkəti olub.

Three Square Market şirkəti kiçicik radio-tezlik identifikasiyası (RTİD) çipinin ələ yeridilməsini təklif edir.

Şirkət bu əməliyyatın tezliklə geniş yayılacağına inanır.

Düyü dənəciyi ölçüsündə olan elektron ötürücü qurğunun qiyməti $300 dollardır.

Onun vasitəsilə qapı açmaq, kompüter sisteminə daxil olmaq və ödəniş etmək mümkündür.

Hazırda şirkətin 85 işçisindən 50-si "canlı kredit" kartı olmağa razılıq verib.


Həmçinin oxuyun:


Fotonun müəllifi Reuters
Image caption Bənzər mikroçiplər kredit kartlarına yerləşdirilir

Three Square Market şirkətinin nümayəndəsi deyir ki, tezliklə hamı çipə sahib olmaq istəyəcək.

"Beynəlxalq bazar hazırda boşdur. Biz inanırıq ki, hazırda bu sahəni ələ keçirənlər onun gələcək istiqamətini müəyyən edəcəklər", - Patrick McMullan deyib.

Hazırda mikroçip bazarının ən çox yayıldığı ölkə İsveçdir.

Three Square Market hazırda İsveçin BioHax şirkətilə əməkdaşlıq edir.

Şirkət hesab edir ki, bir gün baş barmaqla işarə barmağı arasına yeridilən mikroçip artıq oturuşmuş ödəniş və identifikasiya üsullarını əvəz edəcək.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Yaponiyanın nüvə robotları

Əlaqəli mövzular

Bu barədə daha geniş