Çin hakerlərin yara bilməyəcəyi internet xətti yaradır

Vyana kvant texnoloqiyası eksperimenti Fotonun müəllifi SPL
Image caption Kvant rabitəsində mühüm məlumat işıq şüaları vasitəsilə göndərilir

Kompüter sistemlərinə haker hücumları getdikcə daha mürəkkəbləşərkən, Çin yeni, hakerlərin yara bilməyəcəyi kommunikasiya şəbəkəsindən istifadə etməyə hazırlaşır.

Çinin bu yeni sistemində istifadə olunan texnologiya kvant kriptoqrafiyasıdır.

Bu texnologiya ənənəvi şifrələmə üsullarından radikal sürətdə fərqlənir.

Çinin Jinan şəhərində hazırlanan layihə dövlət mediası tərəfindən mühüm bir mərhələ kimi təsvir olunur.

Yeni layihə Çinin bu sahədə Qərbi qabaqlamağa başladığını göstərir.

Jinanda qurulan internet şəbəkəsinə qoşulmuş hərbiyyə, hökumət, maliyyə və energetika sektorlarını təmsil edən 200-dən çox istifadəçi hakerlər üçün əlçatmaz olan kommunikasiya xətlərindən rahat şəkildə istifadə edə biləcəklər.

Çinin kvant rabitəsi sahəsində irəliləməsi və müvafiq tətbiqləri inkişaf etdirməsi internet xətlərinin təhlükəsizliyini daha yüksək səviyyədə təmin edə bilər.

Fotonun müəllifi SPL
Image caption Şifrələmə kodunun açarı işıq şüası vasitəsilə göndəriləndə, ona müdaxilə etmək cəhdi dərhal aşkarlanır

Müasir kompüter şəbəkələrində şifrələmə və elektron kilidləmə prosesləri rəqəmlər əsasında həyata keçirilir.

Kompüterlərin gücü artdıqca şifrələmə prosesi də uzanır, mürəkkəbləşir və nəticədə şifrələmə sisteminin kövrəklik dərəcəsi yaxşılaşır.

Kvant rabitəsinin iş prinsipi isə fərqlidir.

Bu zaman əvvəlcə müvafiq ünvanlı istifadəçiyə seçilmiş kvantlar dəstindən ibarət elektron açar göndərilir.

Yalnız bundan sonra şifrələnmiş məlumat göndərilir ki, məlumatı ünvanında alan istifadəçi bundan əvvəl artıq aldığı eletron açar vasitəsilə həmin məlumatı oxuya bilsin.

Potensial haker kvantlardan "yığılmış" elektron açarı yarmağa cəhd etdiyi halda həmin kvantların düzəni mütləq ya pozulacaq, və ya məhv ediləcək.

Nəticədə, sözügedən sistemə qarşı istənilən hakerlik hərəkəti, dərhal, məlumatı göndərən və məlumatı alan istifadəçilər tərəfindən aşkarlanacaq.

Bu isə, kvant texnologiyası ilə qurulan internet şəbəkəsinin hakerlər üçün "alınmaz qalaya" çevriləcəyini güman etməyə əsas verir.

Fotonun müəllifi China Daily/Reuters
Image caption Ötən il Çin kvant rabitəsi texnologiyasını böyük məsafələrdə necə işlədiyini yoxlamaq üçün kosmosa peyk göndərdi.

Bu sahədə tədqiqatlar təkcə Çində aparılmır. Lakin yeni texnologiyanın tətbiqində, bu istiqamətdə yeni təbiqi proqramların hazırlanmasında addımlar atmağa hazırlaşan məhz Çindir.

Avstriyada Vyana Universitetinin kvant fizikası üzrə professor və bu sahənin qabaqcıl mütəxəssisi Anton Zeilinger hesab edir ki, Avropa bu sahədə Çindən geridə qalır.

ABŞ və Avropada kvant texnologiyasına əsaslanan internet şəbəkələri mövcud olsa da, onlardan yalnız elmi-tədqiqat məqsədləri üçün istifadə olunur.

Yeni məhsulun bazarı olmasa, bu layihənin investor və hökümətlər tərəfindən dəstəklənməsini təmin etmək asan olmayacaq.

Ötən il Çin, böyük məsafələrdə kvant rabitəsi texnologiyasının işini yoxlamaq üçün, kosmosa peyk göndərdi.

"Bu vəziyyətdə yeni texnologiya, bazarını özü yarada bilər", - professor Zeilinger deyir.

Həmin texnologiya Çin şirkətləri tərəfindən bazara təqdim ediləndən sonra, əsas müştəriləri çox güman ki, beynəlxalq banklar olacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş