Qətər böhranı: Ərəb ölkələri 18 şəxs və qurumdan ibarət "terror qara siyahısı" hazırlayıb

KATAR KRIZI Fotonun müəllifi Reuters

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir, "birbaşa və ya dolayı yolla Qətər rəsmi qurumları ilə əlaqəli olduğu" söylənilən şəxs və təşkilatlardan ibarət "terrorçular" siyahısı hazırlayıb.

Siyahıda doqquz fond və media qurumu, həmçinin doqquz şəxsin adı var.

Səudiyyənin rəsmi xəbər agentliyinin yayımladığı yazılı açıqlamada qeyd olunur ki, "qətərli orqanların lazımi addımları atmalarını və terror təşkilatları ilə terrorçuları mühakimə etmələrini gözləyirik".

Sözügedən siyahını təşkil edən ölkələr, 5 iyun tarixində Qətərlə diplomatik münasibətlərini dayandırıb və boykot tətbiq etməyə başlayıb. Bu proses Körfəz bölgəsində son illərdə baş verən ən dərin diplomatik böhran hesab edilir.

Hazırlanan "qara siyahıda", üçü Yəmən, altısı isə Liviyada mərkəzləmiş doqquz təşkilatın adı var. Bu qurumların "əl-Qaidə ilə əlaqəsi" olduğu iddia edilir.

Siyahıda, həmçinin üç Qətər, üç Yəmən, iki Liviya və bir Küveyt vətəndaşı var. Bu adamların da "Suriyada əl-Nusra Cəbhəsi və digər terror təşkilatlarına dəstək məqsədilə ianə toplama kampaniyaları" təşkil etdiyi iddia edilir.

Bu dörd ərəb ölkəsi münasibətlərin normallaşması üçün Qətərə Al Jazeera kanalının və Türkiyənin hərbi bazasının bağlanması da daxil olmaqla 13 maddədən ibarət tələb siyahısı təqdim etmişdi.

Ancaq bu tələblər, Qətər tərəfindən rədd edilib. ABŞ-ın da son dövrdə Qətərə dəstək verən açıqlamalarının sayını artıb və ərəb ölkələri tələblərində israr etməyəcəkləri barədə işarə verib.

Bu barədə daha geniş