ABŞ: Nümayəndələr Palatası Rusiya ilə mübarizəyə dair qanun qəbul edib

Владимир Путин, Дональд Трамп, встреча на G20 7 июля 2017 Fotonun müəllifi AFP/Getty
Image caption Yeni qanunda əsas odur ki, o, prezidenti parlamentin icazəsi olmadan Rusiyaya qarşı sanksiyaları ləğv etmək imkanından məhrum edir.

ABŞ konqresinin Nümayəndələr Palatası böyük səs çoxluğu ilə Rusiyanı, İran və Şimali Koreya ilə birlikdə, ABŞ-ın xarici siyasət əleyhdarları sırasına qatan qanunu qəbul edib.

Bu qanun həmçinin prezident Trump-a Rusiyaya qarşı sanksiyaları təkbaşına ləğv etməyi də qadağan edir.

814 səhifəlik sənədin təxminən yarısı Rusiyaya həsr olunub: bu səhifələrdə amerikalı siyasətçilərin Moskvanı ittiham etdiyi bütün şeylər - korrupsiya, insan hüquqlarının pozulması, ABŞ və digər ölkələrin kibertəhlükəsizliyinə müdaxilə və seçki nəticələrinə təsir etmək cəhdləri yer alıb.

Sənəddə həmçinin bu günə qədər qəbul edilmiş bütün sanksiya aktları da xatırlanıb.

Yeni qanunda əsas odur ki, o, prezidenti parlamentin icazəsi olmadan Rusiyaya qarşı sanksiyaları ləğv etmək imkanından məhrum edir.

Bu qanun layihəsinin hazırlanmasına Donald Trump-ın Vladimir Putinlə "yaxşı bir sövdələşmə" bağlayaraq Rusiya ilə münasibətləri qurmağa hazır olması barədə dumanlı bəyanatları, Demokrat partiyasının kompüterlərinə müdaxilə və seçkilərin nəticələrinə təsir göstərmək ittihamları səbəb olub.

Moskva bu ittihamları ardıcıl surətdə rədd edir.


Təhlil: Qanunvericilər Trump-ın Moskva yönlü mövqeyindən ehtiyyatlanır

Barbara Platt, BBC Dövlət Departamenti müxbiri

Rusiyanın Ukraynaya müdaxiləsinə görə Barack Obama tərəfindən tətbiq edilən qanunvericiliyin aradan qaldırılması məhz bu səbəbdən çətinləşəcək.

Bu, həm də Rusiya şirkətləri, xüsusən də enerji inkişafilə məşğul olan biznes qurumları ilə iş qurmağa məhdudiyyətləri genişləndirir.

Buna görə avropalılar Rusiyanın boru kəməri layihələrini dəstəklədiklərinə görə cərimə edilməkdən çox narahatdırlar.

Amma Ağ Evin narahat edən prezidentin ənənəni sanksiyaların icra edilməsindən imtina etmək səlahiyyəti məhdudlaşdıran məqamdır, çünki o, əvvəlcə konqreslə məsləhətləşmək məcburiyyətində qalacaq.

Bu və qanunvericilik üçün geniş ikipartiyalı dəstək qanunvericilərin cənab Trump-ın Moskva yönlü mövqeyindən necə ehtiyatlanmasını göstərir.

Senat səs çoxluğu ilə qanun layihəsinin əvvəlki variantını qəbul edib. Onlar arasındaki fərq cənab Trump necə münasibət göstərəcəyinə qərar vermədən öncə həll edilməlidir.

Ağ Ev bəzi dəyişikliklərdən sonra prezidentin qanun layihəsini dəstəkləyə biləcəyini deyib, amma konqresdə prezident vetosunu məğlub etməyə kifatət qədər səs çoxluğu olduğu üçün prezident verəcəyi təkliflərdə məhduddur.


İndi nə baş verəcək?

Qanunvericiliyin bu variantının hələ də senat tərəfindən təsdiqlənməsi lazımdır, amma bu layihəyə nə zaman baxılacağı məlum deyil.

Amma əgər bu qanun senatdan toxunulmaz keçsə Moskvaya qarşı daha çox barışdırıcı mövqe ifadə etmiş prezident Trump üçün baş ağrısı olacaq.

Əgər parlamentin iki palatası layihənin bir fərqlənən variantlarını irəli sürsə, komitə prezidentin təsdiqi üçün variantları birləşdirərən yeganə bir layihə hazırlayacaq.

Prezident qanun layihəsini veto qoya bilər, amma bu addım onun Kremli dəstəklədiyi ilə bağlı şübhələri artıra bilər.

Rusiya necə reaksiya verib?

Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov layihənin "Rusiya ilə münasibətlərin təkmilləşdirilməsi üçün imkanların məhvi istiqamətində çox ciddi addım" adlandırıb.

O, hər bir yeni sanksiyanın cavabsız qalmayacağını deyib və baş verənlərin "məntiqdən kənar" olduğunu vurğulayıb.

Rusiya ümid edirdi ki, Donald Trump-ın seçilməsi iki ölkə arasındakı əlaqələrin bərpa edilməsi və Rusiyaya qarşı ABŞ sanksiyaların götürülməsi ilə nəticələnəcək, BBC-nin Moskvadakı əməkdaşı Sarah Rainsford deyir.

Amma rusiyalı siyasətçilər iddia edirlər ki, ABŞ-ı əhatə edən "Rusofobiya" dalğası prezident Trump-ın qarşısını kəsib, müxbirimiz deyir.

Kreml ABŞ prezident seçkilərinə müdaxiləsi iddialarını təkzib edir.

Bir Rusiya qəzeti sonuncu sanksiyaları "cinayətsiz cəza" kimi səciyyələndirib.

Bu barədə daha geniş