Böyük Britaniya 2040-cı ildən sonra dizel və benzinlə işləyən yeni avtomobilləri qadağan edəcək

İngiltere'de trafikteki araçlar
Image caption Ali Məhkəmə Böyük Britaniya hökumətinə "təmiz hava strategiyası"nı açıqlaması üçün 31 iyula qədər vaxt vermişdi

Böyük Britaniya hökuməti bu gün çirkli hava ilə mübarizə aparmaq məqsədiylə 2040-cı ildən etibarən ölkədə dizel və benzinlə işləyən yeni avtomobilləri qadağan edəcəyini açıqlayacaq.

Hökumət çirkli hava probleminə çarə tapmaq üçün 255 milyon sterlinq dəyərində bir fond yaratdığını da ictimaiyyətə bildirəcək.

Bu fondun bələdiyyələrin ölkə daxilində çirkli hava ilə mübarizə aparmalarına kömək edəcəyi hədəfə alınıb.

Böyük Britaniyada ekoloqlar bir qədər əvvəl hökumətin çirkli hava ilə mübarizə istiqamətindəki planlarını Avropa İttifaqı standartları ilə müqayisədə məqbul saymayaraq məsələni məhkəməyə təqdim etmişdi.

Ölkədəki ümumi azot qazının nisbətinin yüksək olduğunu düşünən ekoloqlara haqq verən Ali Məhkəmə də hökumətə "təmiz hava strategiyası"nı açıqlaması üçün 31 iyula qədər vaxt vermişdi.

Hökumətin açıqlayacağı tədbirləri ilkin mərhələdə "ümid verici" kimi səciyyələndirən ekoloqlar yenə də strategiya ilə bağlı daha ətraflı məlumat sahibi olmalarının lazım olduğunu söyləyirlər.

"İldə 40 min nəfərin erkən ölümünə səbəb olur"

Böyük Britaniyada çirkli havanın ildə təqribən 40 nəfərin erkən ölümünə səbəb olduğu ehtimal olunur.

Ölkədə hələ də elektrik enerjisi ilə işləyən avtomobillərin ümumi satışlardakı payı bir faizdır.

Fransa prezidenti Emmanuel Macron təqribən 3 həftə əvvəl 2040-cı ildən etibarən mədən yanacaqlarıyla işləyən bütün mühərrikli avtomobillərin satışını dayandıracağını açıqlamışdı.

Almaniyanın BMW avtomobil şirkəti elektriklə işləyən avtomobil modeli Mini-nin 2019-cu ildən Böyük Britaniyada istehsal ediləcəyini bildirmişdi.

İsveçin avtomobil nəhəngi Volvo da dünən 2019-cu ildən etibarən bütün yeni modellərində bir elektirk mühərrikinin olacağını qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş