Yeniyetmə qız terrorçuluqda ittiham olunur

Westminster Magistrates' Court

Britaniya ərazisində hücum keçirmək məqsədilə İslam Dövləti (İD) adlandırılan qruplaşmanın döyüşçüsü ilə təmasda olduğu iddia edilən yeniyetməyə terrorçuluqla bağlı ittihamlar təqdim olunub.

Məlumata əsasən 17 yaşlı qız İD üzvü ilə Suriyadan silah almaq yollarını müzakirə edib.

O, həmçinin onların istifadəsinə dair təlimat alıb.

Çərşənbə günü yeniyetmə şübhəli şəxs qismində məhkəməyə çıxarılacaq.

Aprelin 12-də polis ona terrorçuluq maddələrilə üzrə ittiham təqdim edib.

Bu barədə daha geniş