Pakistanda "intiqam təcavüzü" əmri verənlər həbs olundu

Pakistan'ın Muzaffarabad kasabasında bir kişi gazetecilere ilk tecavüz suçunun işlendiği evi gösteriyor Fotonun müəllifi AFP
Image caption Pakistanın Muzaffarabad qəsəbəsində bir kişi jurnalistlərə ilk təcavüzün həyata keçirildiyi evi göstərir

Pakistanın Multan şəhərində gənc bir kişiyə "intiqam üçün təcavüz edilməsi" əmri verdikləri iddia edilən şəxslər həbs olunublar.

Həbs olunanların sayının 20 nəfər olduğu bildirilir.

Polis əməkdaşları qurbanın qardaşının da təcavüzdə ittiham edildiyini söyləyiblər.

Polis həbs olunanların qohum olduğunu bildirib.

Fransanın AFP agentliyinə açıqlama verən polis nümayəndəsi Allah Baksh "Jirga (tayfa şurası) 16 yaşındakı bir gəncə cəza olaraq təcavüz edilməsi barədə qərar verib. Bu şəxsin kiçik qardaşı da 12 yaşındakı bir uşağa təcavüz etmişdi" deyib.

Birinci təcavüzü həyata keçirməkdə ittiham olunan kişi isə hələ də axtarışdadır.

BBC-yə açıqlama verən mənbələr isə "intiqam təcavüzü" əmrini verənlərin Tayfa Şurası deyil, iki ailənin bəzi üzvləri olduğunu söyləyiblər.

Pakistanda adətən yaşlı tayfa üzvlərindən ibarət olan, ancaq fəaliyyətləri qanuna zidd olan bu şuraların müxtəlif problemləri həll etdikləri məlumdur.

Bu şuralardan bəziləri keçmişdə "namus cinayəti" və "intiqam təcavüzü" də daxil olmaqla çoxlu mübahisəli qərarlar qəbul edib.

Fotonun müəllifi AFP
Image caption İkinci təcavüzün ailə şurasının qarşısında həyata keçirilməsi barədə məlumatlar var

Pakistanda 2002-ci ildə bir tayfa şurası 28 yaşlı Muhtaran Mai adlı bir qadına kollektiv şəkildə təcavüz edilməsi barədə qərar çıxarmışdı.

Muhtaran Mai-nin 12 yaşlı qardaşı da daha əvvəl yaşlı bir qadınla cinsi əlaqəyə girməkdə ittiham olunmuşdu.

Image caption Muhtaran Mai

Mai isə ona təcavüz edənlərə qarşı iddia qaldırmışdı.

Pakistan Ali Məhkəməsi məhkum edilən 6 nəfərdən beşinə verilən cəzanı ləğv etmişdi.

Keçən müddət ərzində insan haqlarının müdafiəsində əhəmiyyətli fəallardan birinə çevrilən Mai Pakistanı tərk etməsi üçün edilən çağırışlara baxmayaraq ölkəsini tərk etməyərək yaşadığı kənddə məktəb tikdirib.

2014-cü ildə isə onun həyat hekayəsi New York-da nümayiş etdirilən "Barmaq izi" operasının mövzusu olmuşdu.

Əlaqəli mövzular