Səudiyyə Ərəbistanı: Məkkəni hədəfləmiş raketi vurduq

Məkkə Fotonun müəllifi Reuters
Image caption Raketinin Məkkənin təxminən 70 kilometr cənubuna düşdüyü bildirilib.

Səudiyyə Ərəbistanı Yəməndə qiyamçı Husilər tərəfindən atılan və Məkkəni hədəf alan bir balistik raketi vurduğunu açıqlayıb.

Raketinin Məkkənin təxminən 70 kilometr cənubuna düşdüyü bildirilib.

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya raket hücumunu, "Həcc fəaliyyətini ləngitməyə yönəlik çarəsiz bir təşəbbüs" kimi səciyyələndirilib.

Yəməndə koalisiya qüvvələri ilə döyüşən Şiə Husilər isə raketin Məkkəyə deyil, Məkkə yaxınlığındakı Taif şəhərində yerləşən Kral Fahd Hərbi Hava Bazasını hədəf aldığını bildirib.

Husiler həmçinin "Vulkan 1" adlı balistik raketlərlə birdən çox raket hücumu etdiklərini və raketlərin hədəflərini uğurla vurduqlarını iddia edib.

Husiler daha əvvəl də Yəmən-Səudiyyə Ərəbistanı sərhədində raket hücumları təşkil etmişdilər.

Səudiyyə Ərəbistanı oktyabr ayında da Yəməndən atılan bir raketi vurmuşdu.

Ancaq bu hücumlardan heç biri Həcc zamanı öncəsi deyildi.

Bu il Həcc üçün təxminən 2 milyon müsəlmanın Səudiyyə Ərəbistanına səfəri gözlənilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş