ABŞ Senatı Moskvaya qarşı sanksiyaları artıran qanunu təsdiqlədi

Владимир Путин, Дональд Трамп, встреча на G20 7 июля 2017 Fotonun müəllifi AFP/Getty
Image caption Nəzəri olaraq Trump qanuna qadağa qoya bilər, lakin təcrübə onun sənədə imzasının təmin olunduğunu göstərir

ABŞ Konqresinin Ali Palatası Ağ Evin etirazlarına baxmayaraq ABŞ-ın xarici siyasət düşmənlərinə - Rusiya, İran və Çinə qarşı yeni sanksiyaları nəzərdə tutan qanunu böyük səs çoxluğu ilə qəbul edib.

Qanun layihəsinin lehinə 98 nəfər, əleyhinə isə iki nəfər səs verib.

Nümayəndələr Palatası da həftənin əvvəlində böyük səs çoxluğu ilə qanun layihəsini təsdiqləyərək qəbul edib.

İndi bu qanun layihəsini ABŞ prezidenti Donald Trump imzalamalıdır.

184 səhifəlik geniş sənədin təqribən yarısı Rusiyaya həsr olunub. Sənəddə amerikalı siyasətçilərin Moskvanı ittiham etdikləri məsələlər - Ukraynaya qarşı münasibət, ABŞ-ın və digər ölkələrin kiber təhlükəsizliyinə sui-qəsd və seçki nəticələrinə təsir göstərmək, Suriyada Bəşər Əsədi dəstəkləmək, korrupsiya, insan haqlarının pozulması öz əksini tapıb.

Sənəddə, həmçinin bu günə qədər qəbul edilən aktlar və sanksiyalar barədə göstərişlər də xatırladılıb.


Həmçinin baxın:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
BBC-dən Trump-Rusiya sualları Emin Ağalarovu narahat edib

Yeni qanun, parlamentin razılığı olmadan prezidenti Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək səlahiyyətindən məhrum edir.

Moskva ilə yaxınlaşmaq imkanı axtaran Trump qanun layihəsinə qadağa qoya bilər, amma bu zaman o, açıq-aşkar parlamentlə münaqişəyə girmiş olacaq.

Bundan başqa hər iki palatada səsvermə nəticələrini nəzərə alsaq Konqres çox asanlıqla prezidentin qadağasını aradan qaldıra bilər. Bunun üçün iki-üç konqresmenin səs verməsi kifayətdir.

Qanun birbaşa hansısa yeni tədbirlərin tətbiq edilməsini və prezidenti bunları həyata keçirməyə məcbur etmir. Lakin yeni qanun Rusiya ixrac kəmərlərinin tikintisində iştirak edən istənilən ölkədən olan investorlara qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

Bundan başqa qanundakı yardım bölməsində Ukraynanın energetika təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti birbaşa xatırladılıb.

Amerikalı konqresmenlərin fikrincə, "Severnıy potok-2" qaz kəmərinin Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya çəkilmə tikintisinin qarşısı alınmalıdır. Məhz buna görə, qəbul edilən qanun layihəsi Avropa İttifaqında (Aİ) narahatlıq yaradıb və artıq bir neçə avropalı lider sənədi kəskin tənqid edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş