Özbəkistan hakimiyyəti Gülnarə Kərimovaya hökm barədə iki il məlumat verməyib

Гульнара Каримова Fotonun müəllifi TASS

2015-ci ildə Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovaya vergilərdən yayınma işilə bağlı 5 il müddətinə həbs cəzası kəsilmişdi, Özbəkistanın baş prokurorluğu bildirir.

Buna kimi onun məhkum edilməsi ilə bağlı məlumat verilmirdi. Hərçənd ki, Gülnarə Kərimovanın qohumları onun 2014-cü ildən ev həbsində olduğunu bildirirdilər.

Ötən il BBC Özbək Xidmətinə danışan Gülnarə Kərimovanın ooğlu anasına heç bir ittihamın təqdim olunmadığını qeyd etmişdi.

"Daşkənd vilayət məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmü ilə Gülnarə Kərimova ittiham olunduğu cinayətlərdə təqsirli tanınıb və ona 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilib", prokurorluq bildirir.

Məlumata əsasən hazırda Kərimovaya dair dələduzluq və "otkat"ların alınması ilə bağlı daha bir iş araşdırılmaqdadır.

Bu iş çərçivəsində Gülnarə Kərimovanın həbsə alınmasına dair qərar qəbul olunub.

Bu arada prokurorluq onun harada olmasını dəqiqləşdirmir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İslam Kərimov: Anam ev həbsindədir

Kərimova 2013-cü ilədək müntəzəm ictimaiyyət qarşısına çıxar, ölkənin siyasi həyatında iştirak edərdi.

O, bir vaxtlar hətta prezidentin siyasi varisi sayılırdı.

Lakin daha sonra prezidentin qızı ictimai həyatdan tam yoxa çıxdı.

Qısa müddət ərzində Gülnarə Kərimova ilə bağlı olduğu deyilən xeyriyyə fondları, mağazalar və telekanallar bağlanıldı.

Onun özü isə sosial şəbəkələrdə atasının yanına buraxılmadığından gileylənirdi.

Gülnarə Kərimova ötən ilin sentyabrında atasının dəfn mərasimində nəzərə çarpmadı.

2016-ci ildə onun oğlu anasının ev həbsində olduğunu bildirdi.

"Ona heç bir ittiham təqdim etməyiblər, ona hansı iş və hansı müddətə [həbs] olduğunu deməyiblər", - İslam Kərimov BBC Özbək Xidmətinə deyib.

İslam Kərimov evə yaxınlaşan hər bir kəsin "dərhal həbs olunduğunu" deyib.

O, həmçinin deyib ki, Gülnarə Kərimovanı "məhv etmək" istəyirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş