Yeni Zelandiya şəhərinin Cənubi Koreyadan palçıq alması qalmaqal yaradıb

Boryeong şəhərində Palçıq festivalı - Cənubi Koreya Fotonun müəllifi Getty Images
Image caption Yeni Zelandiyada təşkilatçılar Cənubi Koreyanın Boryeong Palçıq festivalının uğurunu təkrar etmək istəyirlər

Yeni Zelandiyada musiqi festivalı üçün vergi ödəyicilərinin minlərlə dollar pulu Cənubi Koreyadan palçıq idxalına xərcləndiyinə görə qalmaqal qızışmaqdadır.

Rotorua şəhərində Mudtopia festivalının təşkilatçıları Cənubi Koreyanın Boryeong şəhərindən 5 ton palçıq tozu alıblar.

Rotorua rəsmilərinin sözlərinə görə, həmin palçıq tozu növbəti 5 Mudtopia festivalına bəs etməlidir.

Dekabr ayında Rotorua şəhərində palçıq və musiqi festivalı keçiriləcək.

Rəsmilərin sözlərinə görə, pul mərkəzi hökumətin verdiyi qrantdan ayrılıb.

Görülən xərclər isə bilet satışı hesabına ödəniləcək.

Rotorua bələdiyyəsinin üzvü Trevor Maxwell, New Zealand Herald nəşrinə bildirib ki, "Rotoruada kifayət qədər palçıq olması barədə bir təsəvvür var, lakin bu belə deyil. Haradan gəldi palçığı götürüb insana atmaq olmaz", - Trevor Maxwell.

İdxal edilən palçıq festivalda istifadə olunacaq palçığın yalnız 15%-i təşkil edəcək, qalanı yerli karxanadan götürüləcək, New Zealand Herald nəşri bildirib.

"Cənubi Koreyadan gətirilən palçıq Mudtopia festivalına gələn qonaqlara başqa palçığın nə olduğunu hiss etməyə imkan verəcək," - təşkilatçılar bildirib.

Bu qərar sosial mediada istehza ilə qarşılanıb.

Media istifadəçiləri bu sövdələşməni həm qiyməti, həm də sərt bioloji təhlükəsizlik siyasəti üçün mümkün fəsadlarına görə tənqid ediblər.

"Fərsizlər… Palçığa da pul verərlər? Cənubi Koreyanı güldürürlər", - bir Facebook istifadəçisi yazıb.

"Ümid edirəm ki, zarafatdır. Bizi burada çirkli çəkmədə gömrüyə buraxmırlar, hökumət isə palçıq idxal edir?", - başqa birisi deyib.

Digərləri isə qeyd edib ki, pul palçığa yox, mövcud problemlərin həllinə yönəldilməlidir.

"Evsizləri palçıqdan tikilmiş evlərlə təmin edəcəklər?", - istifadəçilərdən biri soruşub.

Yeni Zelandiyanın Vergiödəyicilər İttifaqının sözçüsü də bu qərarı tənqid edib.

"Bu, ona bənzəyir ki, səhra festivalı üçün Dubay xaricdən qum idxal etsin", - Matthew Rhodes deyib.

Lakin palçıq satan Cənubi Koreyanın Boryeong (Daecheon kimi də tanınır) şəhəri Mudtopia təşkilatçıları ilə əldə olunmuş sövdələşməni alqışlayır.

Boryeong şəhərinin özündə də palçıq festivalı keçirilir.

Korea Herald nəşrinin yazdığına görə, bu festival turistlər üçün yay mövsümünün əsas hadisələrindən birinə çevrilib.

On gün çəkən festival hazırda ölkənin qərb sahilində davam edir.

Festivalın proqramına uyğun, turistlər palçıqla dolu meydançada eşələnə, palçıq düzündə marafon qaça bilərlər.

Bundan əlavə, parad və pop konsertlərin keçirilməsi də nəzərdə tutulub.

Fotonun müəllifi Getty Images
Image caption Cənubi Koreyadakı palçıq festivalına minlərlə xarici turist baxmağa gəlir

Ötən il festivalda 4 milyona yaxın insan, o çümlədən, 400,000 xarici turist iştirak edib.

Bu tədbirdən təşkilatçılar $65m qazanıb, KBS radiosu xəbər verib.

Yeni Zelandiyanın Rotorua şəhəri rəsmilərini palçıq festivalını keçirməyə də məhz Cənubi Koreya nümunəsi həvəsləndirib.

"Bu, vergiödəyicilərinin pulu deyil. Biz sadəcə bizim gözəl bölgəmizə daha şox turist cəlb etmək istəyirik", - Rotorua bələdiyyəsinin rəsmisi Trevor Maxwell deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş