Pxenyan: ABŞ ərazisi raket zərbəsinin radiusu daxilindədir

Ким Чен Ын Fotonun müəllifi Reuters
Image caption Kim Jong-un ABŞ-ın bütün ərazisinin zərbə altında olduğunu deyib.

Şimali Koreya bildirir ki, qitələrarası ballistik raketin son sınağı uğurlu olub. Pxenyan sınağı ABŞ-a "sərt xəbərdarlıq" adlandırır.

Sınaq təsdiqlədi ki, ABŞ-ın istənilən nöqtəsinə raket zərbəsi endirmək mümkündür, Şimali Koreya lideri deyib.

"Lider iftixarla təsdiqləyir ki, sınaqlar bütün ABŞ ərazisinin zərbə radiusu daxilində olduğunu isbat etdi", - Şimali Koreyanın rəsmi dövlət agentliyi Kim Jong-un sözlərini iqtibas edir.

ABŞ prezidenti raket sınağını "Şimali Koreya rejiminin ən son tələsik və təhlükəli hərəkəti" kimi dəyərləndirib

Pxenyan qitələrarası ballistik raketin ilk sınağını üç həftə əvvəl keçirib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şimali Koreyanın qitələrarası raket sınağına dair rəsmi televiziya bəyanatı

Cənubi Koreyanın Yonhap agentliyinə əsasən raket ölkənin şimalından yerli vaxtla saat 23:41 buraxılıb.

Son sınaqların keçirildiyi ərazidə raket poliqonunun olduğu barədə məlumat ilk dəfədir ki, üzə çıxır.

Şimali Koreya Hwasong-14 raketinin buraxıldığını bildirir. Bu artıq 3 iyul sınaqlarında istifadə edilən raketdir.

Yaponiya müdafiə rəsmilərinə əsasən 45 dəqiqə uçuşda olan raket əvvəlki sınaqlara nisbətdən daha çox havada qalıb.

3 min metr yüksəkliyə qalxan raketin Yapon dənizinə düşdüyü xəbər verilir.

Qərb mütəxəssislərinə əsasən Pxenyan tərəqqiyə nail olsa da, hələ ki, ballistik raketlərin dəqiqliklə hədəfə çatdırılması texnologiyasına malik deyil.

Fotonun müəllifi Reuters
Image caption Raket Yapon dənizinə düşüb.

James Martin Center for Nonproliferation Studies mərkəzinin tədqiqatçısı hesab edir ki, son sınaqlar vaxtı raket əvvəlkinə nisbətdə daha uzun məsafəni qət edib.

Bu deməkdir ki, o, ABŞ sahilindən daha aralıda yerləşən hədəfləri vura bilər, Melissa Hanham deyir.

Onun sözlərinə görə səyyar qurğudan atılan raket şimal-şərqdəki Rason şəhərindən buraxıldığı təqdirdə onun zərbə dairəsinə New York şəhəri də daxil ola bilər.

Raketin buraxılmasından cəmi bir neçə dəqiqə keçmiş Cənubi Koreya, Yaponiya və ABŞ rəsmiləri raketin, yeri, uçuş yüksəkliyi və onun havada qaldığı müddəti barədə məlumatı açıqlayıblar.

Əldə edilən təhlilə görə raket təxminən 10,400 km məsafə qət edə bilər.

Şimali Koreya son zamanlar həyata keçirdiyi sınaqların sayını artırıb. Bu, bölgədə gərginliyin daha da artmasına səbəb olur.

Əlaqəli mövzular

Bu barədə daha geniş