Elon Musk ən ucuz Tesla modelini təqdim edib

Tesla Model 3, July 10, 2017. Fotonun müəllifi Tesla Motors via Reuters
Image caption Tesla Model 3

Elektrik avtomobil istehsalçısı Tesla şirkəti özünün ən ucuz modelini təqdim edib.

Model 3 avtomobili ilk 30 sahibinə çatdırılıb. Onların çoxu şirkətin əməkdaşlarıdır.

Tesla-nın baş icraçı direktoru Elon Musk-a əsasən Model 3 "qiymətinə görə ən sərfəli avtomobildir".

Ümid edilir ki, 35 min dollar qiymət yarlığı olan yeni avtomobil Tesla maşınlarını kütləvi istehlakçı bazarında əlçatan edəcək.

Model 3-ün əsas rəqibləri Nissan Leaf ($30.680) və Chevrolet Volt-dur ($34.095).

Tesla-nın əvvəl buraxdığı "S" və "X" modellərinin qiyməti 80 min dollardan başlayırdı.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
London: Sürücüsüz miniavtobusun sınaqları

Məlumata əsasən 2017-ci il ərzində hər həftə 5 min Model 3 istehsal olunacaq. Növbəti il bu rəqəmin iki dəfə artacağı gözlənilir.

Şirkətin verdiyi texniki rəqəmlərə görə Model 3 tam dolu batareya ilə 354 kilometr məsafəni qət etməyə qadirdir.

Bu həftə Britaniya 2040-cı ildən sonra dizel və benzinlə işləyən yeni avtomobilləri qadağan edəcəyini bildirib.

Fotonun müəllifi Reuters
Image caption Elon Musk istehsal xəttini tərk edən Model 3 avtomobilini təgdim edir

Əlaqəli mövzular

Bu barədə daha geniş