Clooney əkizlərinin şəkillərini dərc edən jurnalı iddia ilə hədələyir

Amal və Georg Fotonun müəllifi Getty Images

Məşhur aktyor George Clooney əkiz uşaqlarının şəklini dərc edən Fransa jurnalına qarşı məhkəmə iddiası qaldıracağını bildirir.

"Ötən həftə ərzində Voici jurnalının fotoqrafları bizim hasarı aşıb, ağaca dırmaşaraq qeyri-qanuni olaraq evin içindəki körpələrin şəkillərini çəkiblər", - Clooney-nin rəsmi bəyanatında deyilir.

Cənab Clooney-in açıqlamasına əsasən "körpələrin təhükəsizliyi" onu nəşrə qarşı addım atmağa vadar edir.

Fotonun müəllifi Getty Images

Cümə günü Voici Ella və Alexander-ın "ilk dərc edilən şəkillərini" yayıb.

Nəşr mövzuya "ictimai marağın" olduğunu bildirir.

Fotonun müəllifi Getty Images

Fotoqraflar şəkilləri İtaliyada, cütlüyün Lake Como yaxınlığındakı evində çəkib.

Voici qərarını "insanların sevdiyi aktyorun" həyatına ictimai maraqla izah edib.

"Bu şəkillər cənab Clooney, onun xanmı və ya uşaqlarına təhlükə törətmir", Voici bildirir.

Amal və George Clooney-nin uşaqları ötən ay Londonda doğulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş