Avstraliya polisi təyyarəyə terror hücumunun qarşısını alıb

Police man a check point in the Sydney inner suburb of Surry Hills on July 29, 2017 Fotonun müəllifi AFP
Image caption Reydlərdən ən azı biri Sydney-in Surry Hills rayonunda baş verib

Avstraliyanın terrorla mübarizə polisi sərnişin təyyarəsini partlatmaq planının qarşısnı alıb, Baş nazir Malcolm Turnbull deyib.

O, bu məlumatı Sydney şəhəri boyu keçirilən reydlərdə dörd nəfərin həbsindən sonra açıqlayıb.

Təhqiqatçılar reydlərdə partladıcı qurğu yaratmaq üçün istifadəsi mümkün olan materialların ələ keçirildiyini bildiriblər.

Cənab Turnbull reydlərin "terrorla birgə mühüm mübarizə əməliyyatı" olduğunu deyib.

Baş nazir yerli və beynəlxalq aeroportlarda təhlükəsizlik tədbirlərinin möhkəmləndirildiyini bildirib.

Fotonun müəllifi Reuters
Image caption Sydney-də reydlərdən sonra polis bəzi küçələri bağlayıb

Avstraliya Federal Polis Komissarı Andrew Colvin saxlanılan dörd kişinin cihadçı qruplardan ilhamlanan terror aktı ilə əlaqələri olduğunun iddia edildiyini bildirib.

"Son günlər ərzində Sydney-də bəzi şəxslərin partlayıcı qurğu ilə terror aktı həyata keçirməyi planlaşdırdığını iddia edən məlumat hüquq-mühafizə orqanlarına daxil olub", o, mətbuat konfrasında deyib.

Cənab Colvin "hücumun özü, yeri, günü və vaxtı" barədə polisin hələ məlumatı olmadığını deyərək, istintaqın "uzun müddət" çəkəcəyini vurğulayıb.

Reydlərin keçirildiyi rayonların birindən əri və oğlunun saxlandığını ABC telekanalarına bildirən bir qadın ailəsinin terrorla heç bir əlaqəsi olmadığını deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş