Almaniya: Gecə klubunda atışma iki nəfərin ölümü ilə nəticələnib

Police officers stand at the door of the night club "Grey" in Konstanz, Germany, on 30 July 2017. According to a police report, a 34-year-old man shot at several people inside the club in the early morning. Fotonun müəllifi EPA
Image caption Grey klubu

Bazar günü Almaniyanın Konstanz şəhərində bir gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb və üç nəfər ağır yaralanıb, polis bildirib.

Bazar günü, yerli vaxtla saat 4:30-da bir kişi silahla atəş açaraq bir şəxsi öldürüb. Daha sonra polisin açdığı atəş nəticəsində yaralanan silahlı şəxs xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib.

Hücum Max-Stromeyer küçəsində yerləşən Grey klubunda baş verib.

Polis hücumun terrorla əlaqəsi olmadığını bildirib, AFP agentliyini deyib.

Bir çox alman xəbər mənbələri həlak olan ikinci şəxsin klubda müştəri olduğunu yazır.

Polis, klubda bir çox insanın qaçıb gizlənərək özlərini müdafiə etdiklərini deyib.

Hadisə şahidləri SWR telekanalına silahlını dayandırmağa cəhd edən qapı gözətçilərindən birinin avtomatik tapança ilə vurulduğunu deyiblər.

Atışmada bir polis zabiti də xəsarət alıb, lakin onun aldığı yaranın həyat üçün təhlükə yaratmadığı deyilir.

Hələ ki, hücumu həyata keçirən şəxsin əlbiri olub-olmadığı bilinmədiyi üçün xüsusi komandos qüvvələri və polis helikopteri axtarış aparır, polis və prokurorluq bəyan edib.

Bundan əvvəl verilən məlumatda silahlının Almaniyada uzun müddətdir ki, yaşayan 34 yaşlı İraq vətəndaşı olduğu deyilib.

Hücumun səbəbi hələ ki, məlum deyil.

Fotonun müəllifi EPA

Əlaqəli mövzular

Bu barədə daha geniş