ABŞ hərbi təlimlərlə Şimali Koreyaya öz hərbi qüvvəsini nümayiş etdirib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İyulun 30-u ABŞ B-1 bombardmançıları Yaponiya və Cənubi Koreya təyyarələri ilə birgə təlim uçuşu keçiriblər

Şimali Koreyanın şənbə günü uğurlu raket sınağından sonra ABŞ Koreya yarımadası və Sakit okean üzərində hərbi təlimlər keçirib.

Şənbə günü iki ABŞ B-1 bombardmançıları Cənubi Koreya və Yaponiya təyyarələri ilə birlikdə Koreya yarımadası üzərində hərbi təlim keçirib.

Bazar günü isə ABŞ-ın Alyaskada yerləşən THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemi ABŞ Hava Qüvvələrinin Sakit okean üzərindən buraxdığı raketi uğurla zərərsizləşdirib.

Həmin gün ABŞ Prezidenti Donald Trump Çinin Şimali Koreyanın silah proqramını dayandırmağa kifayət qədər səy göstərmədiyini iddia edərək "məyus qaldığını" deyib.

O, Twitter-də yazaraq Çinə Şimali Koreya barədə "heç nə etməyə" imkan verməyəcəyini bildirib.


Həmçinin oxuyun:


Prezident Trump-ın şərhlərindən bir gün əvvəl, Pxenyan bir ay ərzində ikinci qitələrarası ballistik raketinin (QABR) sınaq buraxılışını həyata keçirmişdi.

Sınaqdan sonra, Şimali Koreya bütün ABŞ ərazisinin onun silahlarının vuruş məsafəsində olduğunu deyib.

ABŞ Sakit Okean hərbi qərargahı təlimin Şimali Koreyanın iki QABR buraxılışına "cavab" olduğunu və " müttəfiqlərimizə möhkəm davamlı dəstəyimizin göstəricisi" olduğunu deyib.

"Şimali Koreya hələ də regionun sabitliyinə mövcüd olan ən böyük təhlükə kimi qalır", ABŞ Sakit Okean Hava Qüvvələrinin komandanı, General Terrence J. O'Shaughessy bəyanatında deyib.

Çinin etirazlarına baxmayaraq amerikalı hərbçilər Şimali Koreya tərəfindən buraxılan istənilən raketi vurmaq üçün Cənubi Koreyada THADD raketdən müdafiə sistemini yerləşdirməyə davam ediblər.

Bazar günü keçirilən təlimlər zamanı Alyaskada bazalaşan THAAD sistemi ABŞ Hava Qüvəllərinin Sakit okean üzərindən buraxdığı raketi uğurla zərərsizləşdirlib.

Bu təlimlər ötən həftənin cümə günü Şimali Koreya tərəfindən həyata keçirilən qitələrarası ballistik raketlərin (QABR) buraxılmasına cavab olaraq keçirilib.


THAAD raketdən müdafiə sistemi nədir?

  • Yaxın və orta radiuslu ballsitik raketlərin hərəkətinin son mərhələsində onları vurmaq üçün nəzərdə tutulub
  • Bu sistemin kinetik döyüş başlığı ilə təchiz olunması birbaşa qarşılaşmanın köməyilə hədəfi məhv edir
  • 200 km uzaqlığa və 150 km hündürlüyə sahibdir
  • Əvvəllər Çin tərəfindən mümkün raket zərbələrindən müdafiə olunmaq üçün Guam və Hawaii adalarında yerləşdirilmişdi.

Şənbə günü, Çin sınaq buraxılışını tənqid edərək hər bir təfədən təmkinlik nümayiş etdirməyi xahiş edib.

Lakin cənab Trump Çinin reaksiyasından səbirsizliyini ifadə edərək, ABŞ-ın Çinlə ticarət kəsirindən qaynaqlanan qəzəbini Şimali Koreya siyasətilə əlaqələndirib.

"Mən Çindən çox məyus olmuşam. Bizim ağılsız keçmiş liderlərimiz onlara ticarətdən yüzlərlə milyard dollar əldə etməyə imkan veriblər, amma onlar bizim üçün Şimali Koreya barədə HEÇ NƏ etmirlər, sadəcə danışırlar. Biz bunun davam etməsinə icazə verməyəcəyik. Çin bu problemi asanlıqla həll edə bilər," cənab Trump iki ardıcıl tvitlə deyib.

Şimali Koreya Çinin ən yaxın iqtisadi müttəfiqi və ticarət partnyorudur.

Fotonun müəllifi AFP
Image caption Şimali Koreya televiziyası ölkə lideri Kim Jong-un-un uğurlu sınağı sevinclə qarşıladığını göstərib

Bu ilin əvvəlində keçirilən danışıqlarda prezident Trump və Çin Prezidenti Xi Jinping Şimali Koreya barədə söhbət etmişdilər. Görüşdən sonra ABŞ rəsmiləri iki ölkənin Pxenyanın silah proqramını məhdudlaşdırmaq üçün "bir çox variantı" Çinlə birlikdə nəzərdən keçirdiklərini bildirmişdilər.

Lakin bundan sonra Şimali Koreya iki QABR sınaq buraxılışı keçirib.

Sınaq buraxılışından sonra Cənubi Koreya şimal rəqibinin texnoloji baxımdan "əhəmiyyətli dərəcədə irəliləyiş" etdiyini və bu səbəbdən narahat olduğunu bildirib.

Yaponiya Baş naziri Şinzo Abe ölkəsi üçün təhlükənin "ciddi və həqiqi" olduğunu deyib.

Son aylarda nümayiş edilən irəliləyişlərə baxmayaraq, bir çox ekspertlər Şimali Koreyanın hələ ki, raketlərə yerləşdirilməsi üçün nüvə silahını kifayət qədər kiçiltməyə qadir olmadığını düşünürlər.

Lakin bəzi ekspertlər indiki sürətlə davam etdiyi təqdirdə Şimali Koreyanın 5-10 il ərzində bu maneələri aşaraq ABŞ-a zərbə vurmağa qabil olan nüvə silahı əldə edəcəyini deyirlər.

Bu barədə daha geniş