Britaniya mətbuatı: Az yatmaq qarın qurşağını böyüdür

Fotonun müəllifi Getty Images

Az yatmaq qarın qurşağını böyüdür

"The Telegraph" qəzeti elmi araşdırmaya istinadən yazır ki, az yatmaq insanın qarın qurşağının genəlməsinə səbəb olur.

Alimlər bildirirlər ki, gündə 6 saat yatanların bel qurşağı, gündə 9 saat yatanların bel qurşağından üç santimetrədək enli olur.

Bu nəticələr təsdiq edib ki, yuxunun kifayət qədər saatlarda davam etməməsi diabet kimi metabolik (maddələr mübadiləsi) xəstəliklərə səbəb olur.

Leeds Universitetinin 1615 nəfər arasında apardığı araşdırma zamanı onlardan yatdıqları saatların və yedikləri qidaların gündəliyini tutmaq rica edilmişdi.

Araşdırma zamanı habelə qan təzyiqi, qandakı xolesterol, qandakı şəkər, qalxanabənzər vəzin funksiyası təhlil edilir, habelə çəki və bel qurşağının ölçüləri götürülürdü.

Bu araşdırmaların nəticəsində üzə çıxıb ki, gecə vaxtı 6 saat yatanların qarın qurşağı hissəsi 9 saat yatanlardan 3 sanitimetrədək enli olub.

Az yatmaq həm də "yaxşı xolesterolun" miqdarının azalması ilə əlaqələndirilir. Belə xolesterol artıq piyin bədəndən çıxarılmasında və ürək xəstəliklərindən müdafiədə əhəmiyyətli rol oynayır.

Leeds Universitetindən metabolizm eksperti doktor Greg Potter xatırladıb ki, 1980-ci illərdən bəri piylənmiş insanların sayı dünya boyunca iki dəfə artıb.

Professor bildirir ki, piylənmə bir çox xəstəliklərə, ilk növbədə ikinci tip diabetin yaranmasına səbəb olur və məhz buna görə də alimlər piylənmənin səbəblərinin araşdırlmasına daha çox diqqət yetirirlər.

Lakin bu araşdırma zamanı az yatmaqla qeyri-sağlam qidalanma arasında əlaqə aşkar edilməyib və bu, alimləri xeyli təəccübləndirib.

Çünki başqa tədqiqatlar yuxu qıtlığınlın qeyri-sağlam qida seçimlərinə səbəb olduğunu göstərmişdi.

Araşdırmanın baş eksperti professor Laura Hardie deyib ki, bizim tədqiqatmız az yatmaqla piylənmə arasındakı əlaqəni isbat edib.

Bu araşdırmadan bəlli olub ki, piylənmənin qarşısının alınmasında kifayət qədər yatmaq böyük rol oynaya bilər.

Bütün bunlar yaxşı yuxunun sağlamlıq üçün nə qədər mühüm olduğunu bir daha nümayiş etdirib.

Fotonun müəllifi Getty Images

Britaniyada 150 cihadçı və "cihad gəlini" vətəndaşlıqdan çıxarılıb

"Sunday Times" qəzeti yazır ki, hökumət hesabatına görə 150-dən çox cihadçının Birləşmiş Krallığa daxil olması qadağan olunub və onların vətəndaşlığı ləğv edilib.

Hökumət "vətəndaşlıqdan məhrumetmə" tədbirlərinə ona görə əl atır ki, özünü İslam Dövləti adlandıran qruplaşmanın iflasından sonra ölkəyə Suriyadan kütləvi cihadçı axınından ehtiyat edir.

Rəsmi rəqəmlərə və təhlükəsizlik mənbələrinə istinad edən qəzet yazır ki, bu il 40-dan çox şübhəlinin pasportları ləğv edilib və mart ayından bəri daha 30 nəfərin vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulub.

Vətəndaşlığı əlindən alınanlar əsasən silahlılar və Suriyaya səfər etmiş "cihad gəlinləridir".

Onların hamısı ikili vətəndaşlığı olanlar və ya Britaniyada doğulsalar da, valideynləri başqa ölkələrdən gələnlərin övladlarıdır. Hökumət vətənadşlığı alındığı halda ölkəsiz qalacaq şəxsləri vətəndaşlıqdan məhrum edə bilmir.

Təhlükəsizlik orqanlarındakı vəzifəli mənbələrdən biri "The Sunday Times" qəzetinə deyib ki, "bir daha vətənə qayıda bilməyəcək çox sayda insan var".

"Bizim ümdə vəzifəmiz onları mühakimə etməkdir. Lakin bu mümkün olmayanda biz vətəndaşlıqdan məhrumetmə metodundan istifadə edirik" - deyib mənbə.

Ötən həftə Daxili İşlər Nazirliyi bildirmişdi ki, ölkədən deportasiya edilməsi və ya mühakimə olunması mümkün olmayanlardan cəmi 6 nəfəri terrorun qarşısının alınması və təhqiqatı tədbirləri çərçivəsinə düşür.

Təhlükəsizlik naziri Ben Wallace deyib ki, "terrorçular barədə tədbirlər dedikdə biz ilk öncə mühakimə və məhkumetməyə üstünlük veririk".

Bu barədə daha geniş