Yaralı fələstinli basqınçını öldürən İsrail əsgərinin hökmü qüvvədə qalıb

Israeli soldier Elor Azaria (C), who shot dead a wounded Palestinian assailant in March 2016, stands next to his mother Oshra (L) and father Charlie - 30 July 2017 Fotonun müəllifi AFP/Getty Images
Image caption Elor Azaria bazar günü keçirilən məhkəmədə anası Oşra (solda) və atası Charlie (sağda) ilə iştirak edib

İsraildə hərbi məhkəmə bir yaralı fələstinli basqınçını ödlürdüyünə görə 18 ay azadlıqdan məhrum edilən İsrail əsgərinin hökmə qarşı apelyasiya şikayətini rədd edib.

Yanvar ayında məhkəmə Elor Azaria-nı 2016-cı ilin mart ayında 21 yaşlı fələstinli Abdul Fatah əş-Şərifi işğal olunmuş Qərb Sahilinin Hebron şəhərində güllələyərək öldürməkdə təqsirli bilib.

Azaria atəş açmazdan əvvəl yoldaşına deyib ki, yaralı fələstinli onun dostunu bıçaqladığına görə, "ölməyə layiq" idi.

İsrailin hərbi komandirləri onun hərəkətini tənqid etsələr də, digərləri onu dəstəkləyib.


Həmçinin oxuyun:


Fotonun müəllifi AFP/Getty Images
Image caption Elor Azarianın hərəkəti onun cəzalandırılmasını tələb edən fələstinlilərin etirazlarına səbəb olub

Azaria onu azadlıqdan məhrum edən hökmə qarşı şikayət edərkən, prokurorluq da ayrıca şikayətlə onun həbs müddətinin uzadılmasını tələb edib.

Lakin hərbi məhkəmə həm Elor Azaria, həm də prokurorluğun müraciətlərini rədd edib.

Time of İsrael qəzeti yazır ki, hakimlər onun əş-Şərifi öldürməsinin "ilkin məqsədinin" qisas olduğunu deyiblər.

Azaria əş-Şərifin bomba jileti qeyindiyini ehtimal etdiyini və qorxudan atəş açdığını deyib.

Lakin hakimlərin onun "qorxudan" hərəkət etmədiyi qənaətinə qəliblər.

Hakimlər həmçinin 21 yaşlı əsgəri tənqid ediblər.

"O, onun xasiyyətini sual altına qoyan hər kəsin xarakterini sual altında qoyub və heç zaman nə əzab çəkdiyini etiraf edib, nə də ki, öz hərəkətləri barədə düşünməyib", hakimlər deyiblər.

Lakin hakimlər həmçinin hadisəyədək onun "sadiq və mükəmməl döyüşçü" olduğunu deyiblər, Times of İsrael bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş