Əfqanıstan paytaxtı: İraq səfirliyində atışma baş verib

Afghan residents run at the site of a suicide blast near Iraq's embassy in Kabul on 31 July 2017 Fotonun müəllifi AFP
Image caption İlkin partlayışdan sonra ərazidəki insanlar səfirlikdən uzaqlaşmağa cəhd ediblər

Əfqanıstanın paytaxtı Kabildə İraq səfirliyinə yaxınlıqda baş vermiş canlı bomba hücumundan sonra təhlükəsizlik qüvvələri və silahlılar arasında atışma baş verib.

Səfirliyin darvazası önündə canlı bomba özünü partladdıqdan sonra üç silahlı içəriyə daxil olub, Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirib.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bir neçə saat çəkən atışmadan sonra, Əfqanıstan hakimiyyəti hücumun sona çatdığını və silahlıların öldürüldüyünü deyib.

Fotonun müəllifi Reuters
Image caption Sosial şəbəkələrdə paylaşılan şəkillərdə səfirliyin binasından tüstü çıxdığı görünüb

İraq səfirliyi Kabilin mərkəzi Şər-e-Nav məhəlləsində yerləşir. Bu il şəhər İD və Talibanın həyata keçirdiyi bir neçə ölümcül hücumların hədəfi olub.



Fotonun müəllifi Reuters
Image caption Hücumdan sonra səfirliyin binasına dəyən ziyan aydın olub

Xəbərlərə görə bu, Əfqanıstanda İraq səfirliyinə olan ilk hücumdur. Bundan iki həftə əvvəl səfirlikdə İraq dövlət qüvvələrinin Mosul şəhərində İD üzərində qələbəsini qeyd edən tədbir keçirmişdi.

İraqın Xarici İşlər Nazirliyi atışma vaxtı səfirin təhlükəsizliyini təmin etmək üçün Misir səfirliyinə aparıldığını deyib.

Nazirliyin sözçüsü Twitterdə daha sonra bütün səfirlik işçilərinin uğurla təxliyə edildiyini yazıb.

Hücumdan sonra NATO-nun Əfqanıstan missiyasının komandiri Əfqanıstan qüvvələrinə "hörmət və təşəkkür"ünü çatdırıb.

"[İD] bu hücumda uğursuz olub və onlar məğlub olacaqlar," deyib General John Nicholson.

Bu barədə daha geniş