Trump-ın təyin etdiyi kommunikasiya direktoru qovuldu

Anthony Scaramucci - 25 July Fotonun müəllifi AFP

Ağ Evin kommunikasiya direktoru Anthony Scaramucci vəzifəyə təyin edildiyi 10 gündən az bir müddət sonra qovulub.

Sabiq Wall Street maliyyəçisinin həmkarlarına qarşı söyüşlü-ittihamlı müsahibə vermək üçün müxbirə zəng etməsi tənqidə səbəb olub.

Cənab Trump-ın aparat rəhbəri Reince Priebus və mətbuat katibi Sean Spicer onun təyin olunmasından sonra öz postlarını tərk edib.

Bazar ertəsi təyin edilmiş yeni aparat rəisi Gen John Kelly isə cənab Scaramucci-ni qovmaq barədə qərar verib.

Prezident cənab Scaramucci-nin işindən narazı idi, Ağ Ev təsdiqləyib.

Cənab Trump-ın sözçüsü Sarah Sanders deyib ki, prezident hesab edir ki, cənab Scaramucci-nin müxbirə verdiyi şərhlər "o vəzifədə olan şəxs üçün yersiz idi".

O Ağ Evdə başqa vəzifəyə keçirilməyib, sözçü əlavə edib.

Məlumata görə, cənab Scaramucci öz rəisinə deyil, birbaşa prezidentə məlumat verməsi ilə öyünürmüş.


Cənab Scaramuccicümə günü TwitterReince Priebus-u ittiham edən və hədələyən bir tvit paylaşdıqdan və sildikdən sonra cənab Priebusistefa verib.

Cənab Scaramuccihəmçinin müxbirə zəng edərək cənab Priebus-a "paranoik şizofren" kimi hücum edib və onu mediaya məlumat sızdırmaqda ittiham edib.

Telefon müsahibəsində o, baş strateq Steve Bannonhaqqında da vulqar sözlər işlədib.

O həmçinin məlumat "sızdıran" kommunikasiya komandasının üzvlərinə qarşı səlib yürüşü başlayaraq onları qovacağını demişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş