Pentagon Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemini almaq planlarını tənqid etdi

s400 fuzeleri Fotonun müəllifi Getty Images

ABŞ-ın Müdafiə Nazirliyi (Pentagon) nümayəndəsi Albay Jeff Davis Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemini almaq planlarından narahat olduqlarını və bu sistemin NATO-nun istifadə etdiyi digər donanmalara uyğunluq göstərməyəcəyini söyləyib.

Davis Washington-da keçirdiyi mətbuat konfransında "Ümumiyyətlə müttəfiqlərin bir-biri ilə uyğunluq içində çalışa bilən avadanlıq almasının yaxşı bir fikir olacağını düşünürük. Birlikdə çalışdığımız bütün müttəfiq və ortaqlarımızın NATO ittifaqını daha da irəliyə aparacaq şeylər satın almasını və bunlara sərmayə qoymasını istəyirik" deyib.

Təqribən 400 kilometrlik məsafəyə sahib olan S-400 raketdən müdafiə sistemi qurudan havaya atılan və düşmən təyyarələrinin vurularaq zərərsizləşdirilməsində istifadə olunur.

Hazırda əlində S-400 raketdən müdafiə sistemi olan NATO üzvü yoxdur.

Ancaq Yunanıstanda bir qədər əvvəlki versiya, Rusiya istehsalı olan S-300 raketləri var.

Yunanıstan bu raketləri NATO üzvü olmayan Cənubi Kiprdən almışdı.

Fotonun müəllifi Getty Images

Aprel ayında əsas mərhələyə başlandı

Türkiyə ilə Rusiya, bu ilin aprel ayında bu sistemi almaq istiqamətində apardıqları danışıqlarda əsas mərhələyə gəldiklərini açıqlamışdılar.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ötən həftə verdiyi açıqlamada S-400 raketlərinin satın alınmasıyla bağlı sənədlərin imzalandığını söyləmişdi.

Türkiyə 2015-ci ildə Çinin qazandığı 3,4 milyard dollarlıq uzun məsafəli raket sistemi tenderini ləğv etmişdi.

Türkiyə tarixinin ən böyük müdafiə tenderi olan bu satın alma cəhdi NATO-nun və ABŞ-ın narazılığına səbəb olmuşdu.

Mütəxəssislər NATO-nun bir-birinə inteqrasiya edən hava müdafiə sistemi olduğunu və Türkiyənin S-400 raketini satın almasının maliyyə, keyfiyyət və texnologiya transferi kimi bir çox texniki problemlər yaradacağını ifadə edirlər.

Bundan başqa bu alışın tamamlanacağı təqdirdə bunun Türkiyənin NATO ilə münasibətləri yenidən müəyyən etmək istiqamətində atdığı daha bir addım olaraq səciyyələndiriləcəyi də bildirilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş