Trump oğluna rusiyalı vəkillə görüş barədə bəyanatı "diktə edib"

Donald Trump və Natalia Veselnitskaya Fotonun müəllifi AFP
Image caption Natalia Veselnitskaya ilə oğul Trump-ın görüşü ətrafında müəmmalar yaranıb.

Prezident Donald Trump seçki kampaniyası vaxtı oğlunun rusiyalı vəkillə görüşü barədə verdiyi bəyanatı şəxsən diktə edib, ABŞ mediası xəbər verir.

Bu barədə məlumat yayan ABC News kanalı iddianın "iki yüksək rütbəli mənbə" tərəfindən təsdiqləndiyini bildirir.

Bəyanatda deyilirdi ki, ötən ilin iyul ayında yer alan görüş vaxtı əsasən rusiyalı uşaqların övladlığa götürülməsi müzakirə olunmuşdu.

Oğul Trump daha sonra etiraf etdi ki, o, görüşə Hillary Clinton barədə zərərverici materialların təgdim olunacağı deyiləndən sonra razılığını vermişdi.

Ötən ilki prezident seçkilərinə Rusiyanın iddia edilən müdaxiləsi Senat və Nümayəndələr Palatası tərəfindən araşdırılır.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
BBC-dən Trump-Rusiya sualları Emin Ağalarovu narahat edib

Prezident Trump Rusiya ilə sövdələşmə barədə iddiaları daima rədd edib.

Prezidentin oğlu - Donald Trump, kürəkəni Jared Kushner və seçki kampaniyasının rəhbəri Paul Manafort rusiyalı vəkil Natalia Veselnitskaya ilə New York-dakı Trump Tower binasında görüşüblər.

Oğul Trump-ın paylaşdığı emaillərdə bu görüşün Emin Ağalarovun xahişi ilə onun britaniyalı musiqi agenti Rob Goldstone-nun təşkil etdiyi iddia olunub.

Emin Ağalarov bu mövzu barədə mətbuata və BBC-ə şərh verməyib, təkcə onun vəkili cənab Goldstone-un emaillərdə yalan dediyini və "çaşdığını" bildirib.

Fotonun müəllifi EPA
Image caption Prezident Trump Rusiyalı vəkillə görüş barədə oğlunun mövqeyini müdafiə edib.

Rusiya vəkililə görüş barədə xəbərlər Ağ Evin kommunikasiya direktorunun vəzifədən çıxarılmasına təsadüf edir.

Nə prezident Trump nə də ki, onun oğlu son xəbərlələrə münasibət bildirməyib.

Rusiya dəfələrlə ABŞ prezident seçkilərinə müdaxilə etməsi barədə məlumatları inkar edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş