Hakerlər “Taxtların oyunu” serialının ssenarisini oğurladıqlarını bildiriblər

Кадр из "Игры престолов" Fotonun müəllifi HBO

Hakerlərdən ibarət bir qrup "Taxtların oyunu" serialının yeddinci mövsümünün yayımlanmayan bölümlərinin ssenarisini və müəllif hüququları ABŞ-ın HBO teleşirkətinə məxsus digər materialları ələ keçirmyə nail olduqlarını iddia ediblər.

HBO şirkətə kiber hücum edildiyini təsdiqləyib. Hakerlər 1,5 terabayt məlumata giriş əldə etdiklərini bildirərək bunlardan bir qisminin artıq internetdə dərc etdiklərini bildiriblər.

Onların sözlərinə görə, tezliklə daha çox material və video internetdə yayımlanacaq.


Həmçinin oxuyun:


ABŞ-ın Entertainment Weekly nəşrinə göndərilən məktubda hakerlər internet istifadəçilərini onlar tərəfindən ələ keçirilən materialları yükləməyə və yaymağa çağırıblar.

"Bütün bəşəriyyətə salam olsun. Kiber hücumların mövcud olduğu müddət ərzində ən böyük informasiya sızdırılması baş verib ",- deyə hakerlərin bəyanatında bildirilir.

Nəşrin jurnalistlərinin bildirdiyinə görə, hakerlərin əlində hazırda yayımlanan "Taxtların oyunu" serialının yeddinci mövsümünün 4-cü bölümünün ssenarisi ola bilər.

BBC-nin hakerlərin həqiqətən bu materialları ələ keçirmələrinə dair məlumatları təsdiqləmək cəhdləri baş tutmayıb.

Bununla yanaşı HBO şirkəti kiber hücumun informasiya sızıdılmasıyla nəticələndiyini etiraf edib.

"Biz dərhal baş verən insidenti araşdırmağa başladıq. Biz hüquq-mühafizə orqanları və kiber təhlükəsizliklə məşğul olan digər şirkətlərlə birgə çalışırıq", - deyə HBO-nun bəyanatında bildirilir.

George Martin-in "Buz və atəşin nəğməsi" fantaziya romanının motivləri əsasında çəkilən "Taxtların oyunu" serialı 2011-ci ildən bu yana HBO tarixində ən məhşur serial olub.

6-cı mövsümün hər bölməsini orta hesabla 25 milyoin insan seyr edib.

Hazırda serialın 7-ci mövsümü yayımlanılır. Serialın yaradıcı qrupu səkkizinci mövsümün sonuncu olacağını bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş