Şəkillərdə: Astronomy Photographer of the Year 2017 müsabiqəsi

Bu ilin astronomiya sahəsində ilin fotoqrafı mükafatı uğrunda müsabiqə üçün seçilmiş fotoəsərlər diqqəti şimal parıltısından tutmuş simsar buludlaradək müxtəlif obyektlərə bir daha çəkmiş olur.


Görünməzə çevrilən

Kəhkəşan Fotonun müəllifi Haitong Yu

Çin paytaxtı Pekin yaxınlığında, Miyun Stansiyasındakı Milli Astronomiya Rəsədxanasının kiçik radioteleskopu üzərində görünən Kəhkəşanı lentə Haitong Yu alıb.

Şəkildə ətraf mühitin işıqla çirklənməsini sezmək mümkündü. Şəhərlər yerləşən ərazidə bu növ ətraf mühit çirklənməsinin elektromaqnit xışıltı ilə qarışığı bir çox optik və radio rəsədxanalarını kor və kar edir.

Şəhər üzərində üzərində Kəhkəşanı tamaşaçıya göstərmək üçün, Haitong Yu işıq çirklənməsini neytrallaşdıran filterdən istifadə edib.


Burulmuş Qütb parıltısı

Qütb parıltısı Fotonun müəllifi Yulia Zhulikova

Rusiyanın Murmansk şəhərində qarla örtülmüş ağaclardan yüksəkdə görünən Qütb parıltısı sanki, burulub.

Yuliya Julikovanın çəkdiyi bu şəkildə budaqlarına qar səpələnmiş ağaclar küçə çilçırağı işığında ətrafa çəhrayı rəngə çalan parıltı verir.


Needles mayakı üzərində aypara

Gecə səmasında Aypara Fotonun müəllifi Ainsley Bennett

Ainsley Bennett, Wight adasının qərbində yerləşən dəniz mayakı üzərində parlayan ayparanı lentə alıb.

Ayparanın nazik olmasına baxmayaraq, şəkildə bütöv Ay cizgisini Günəşin Yer səthindən əks olunan işıqda seçmək mümkündür.


Şərq püskürtüsü

Günəşdə püskürtü Fotonun müəllifi Andrew Whyte

Paul Andrew-in çəkdiyi şəkildə Günəş üzündə çəpərə bənzəyən bir püskürtü görünür.

Günəş üzərində müxtəlif formalı püskürtülər müşahidə edilir. Sözügedən püskürtü, çərgə ilə düzülmüş çox sayda mikropüskürtülədən ibarət olduğundan, çəpərə bənzəyir.


Payız Kəhkəşanı

The snow-clad mountain in the Eastern Sierras, California Fotonun müəllifi Brandon Yoshizawa

Brandon Yoshizawa-nın çəkdiyi bu şəkildə ABŞ-ın California ştatı, Şərqi Sierras ərazisində yerləşən ağcaqovaqlıq üzərində yüksələn dağların qarla örtüldüyü görünür.

Bu payız mənzərəsini isə göydəki Kəhkəşan tamamlayır.


Qaynaşma üzərində dinclik

Taken from The Peak, the highest mountain on Hong Kong Island, the image shows the hustle and bustle of the city in contrast to the peaceful starry sky. Fotonun müəllifi Prisca Law

Honqkonq adasının ən yüksək nöqtəsi olan Victoria Zirvəsindən çəkilən bu fotonun müəllifi Prisca Law-dur.

Şəkildə sakit ulduzlu göylə qaynaşan şəhər kontrastı diqqəti çəkir.

Şəhər landşaftı üzərində asılmış sarı çalarlı çən isə işıq çirklənməsidir.


İşıqları yandırın

Şimal parıltısının işıqları Fotonun müəllifi Nicolas Alexander Otto

Nikolas Aleksandr Otto bu fotonu Norveçin Lofoten adalarında, Kvalvika adlanan ərazidə çəkib.

Şəkil gecəyarısı saatlarında sahilə doğru enən yamaclardan çəkilib.

Uzaqdan Şimal Qütb parıltısı fotoqrafa tutqun görünsə də, sahilə çatanda səma sanki, göy və çəhrayı çilçıraq işığı saçmağa başlayıb.

Ön plandakı termik fon və kameranın ISO işıq həssaslığı əmsalı yüksək olduğundan, fotoşəkil 6 müxtəlif ekspozisiya rejimində çəkilib.


Düşən ulduz və Yupiter

Qayalıq üzərindəki göydə düşən ulduz Fotonun müəllifi Rob Bowes

İngiltərənin Dorset qraflığının Portland məntəqəsində Rob Bowes tərəfindən çəkilən şəkil.

Fotoda, göydə düşən ulduz və işıq saçan Yupiter planeti görünür.

Düşən uduz göy üzərində işıqlı bir iz buraxır.

Ulduzlu göyün və qayalığın aydın çıxması üçün şəkil iki ekspozisiya rejimində çəkilib.


Gündüz tranziti

ISS Beynəlxalq Kosmik Stansiyasını Ay fonunda Fotonun müəllifi Dani Caxete

Yerin təbii peyki olan Ay ətrafında dövr edən ISS Beynəlxalq Kosmik Stansiyasını lentə Dani Caxete gündüz çağı alıb.

ISS stansiyasına üfüq üzərində 9 dərəcə qalxan Günəşin işığının düşməsi, stansiyanı seyrçi üçün görünən edib.

Şəkil birinci dəfədən sadə çəkiliş üsulu ilə alınıb.


Evə qayıdan yolda

Simsar buludlar - İsveç Fotonun müəllifi Ruslan Merzlyak

İsveçdə Ruslan Merzlyakov tərəfindən çəkilmiş bu simsar buludlar mənzərəyə dramatik çalar qataraq eyni zamanda müəllifin evə gədən yolunu da işıqlandırmış olub.

Simsar buludlar digər bulud növlərinə nisbətən Yerin atmosfer qatında daha yüksəkdə, təxminən 61km hündürlükdə yerləşir.

Bu növ buludun atmosferdəki buz kristallarının əmələ gətirdiyi güman edilir.

Günəş batarkən toranlıq yaranan vaxtı simsar buludlara düşən işıq şüaları onları görünən edir.


Yerə yaxın obyekt

Asteroid 164121 Fotonun müəllifi Derek Robson

2016-cı il oktyabrın 31-də Yerə 4828032km məsafəyə yaxınlaşan 164121 (2003 YT1) asteroidini Derek Robson lentə almağa çalışıb.

Fotoqraf üçayaq altılıq üzərndə bərkidilən kamera və Astrofotography Tool kompüter proqramından istifadə edilib.

Orbital hərəkət dövrü 427 gün çəkən Apollo asteroidi 2003-cü il dekabrın 18-də

Catalina Göy Müşahidəsi proqramı çərçivəsində aşkar olunub.


Meduza Qalaktikası

IC443 obyekti qalaktik ifrat yeni ulduzun qalığıdır Fotonun müəllifi Chris Heapy

Əkizlər bürcündə IC443 qalaktik ifrat yeni ulduzun qalığıdır.

Həmin ifrat yeni ulduz ehtimallara görə, 30.000 il bundan əvvəl partlayıb.

Bu sferik obyektə göy xəritəsində Meduza qalaktikası adı verilib.

ova qalığı,Qloballaşan görünüşü, göy qurşağı bulağının monikeri olan göy quruluşu qazandı.

Chris Heapy tərəfindən çəkilmiş bu fotoda Meduza Qalaktikasının yuxarı sol hissəsində, əsasən molekulyar hidrogen qazı və tozdan ibarət seyrək dumanlıq seçilir.

Elmi müşahidələr əsasənda müəyyən olunub ki, sözügedən kosmik obyekt iki üst-üstə düşən hissədən ibarətdir. Bizim baxdığımız bucaqdan bir hissə olan buludluq meduzanın başı kimi görünür (solda), digər hissə olan buludluq isə (sağda) meduzanın sallanın bığcıqlarını xatırladır.


Bütün fotolar Insight Astronomy Photographer of the Year tərəfindən təqdim olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş