Avstraliyada eynicinsli nikahlara dəstək artıb - hesabat

Two men embrace behind a sign saying "love is love" at a rally for marriage equality in Australia Fotonun müəllifi Getty Images
Image caption Mövzu ilə bağlı debatlar müvafiq qanun layihəsinin tezliklə parlamentə təqdim olunacağı barədə məlumatlar fonunda yenidən qızışıb.

Avstraliyada son on il ərzində eynicinsli nikahlara ictimai dəstək artıb, yeni hesabatda göstərilir.

Kişilərin 59 və qadınların 67 faizi belə evliliyin qanuniləşdirilməsini dəstəkləyir.

2005-ci ildəki rəy sorğusuna əsasən həmin rəqəmlər daha aşağı olub.

Eynicinsli nikahları dəstəkləyən kişilərin sayı 32 faiz təşkil edib. Eyni fikrə şərik çıxan qadınların sayı isə 43 faiz olub.

Sorğuda 17 min insan iştirak edib.

Hesabatın müəllifinə əsasən bu, ölkədəki mövqelərdə "çox dərin dəyişikliyin" baş verdiyini göstərir.

"Çox aydın görünür ki, ictimaiyyətin rəğbəti nikah bərabərliyinə doğru yönlənib", - professor Roger Wilkins Avstraliya Yayım Şirkətinə (ABC) bildirib.

Mövzu ilə bağlı debatlar müvafiq qanun layihəsinin tezliklə parlamentə təqdim olunacağı barədə məlumatlar fonunda yenidən qızışıb.

Hərçənd ki, mühafizəkar hakim koalisiyada məsələ ilə bağlı fikir parçalanması mövcuddur.

Əlaqəli mövzular

Bu barədə daha geniş