Əl-Avamiya: Səudiyyə şəhərini toqquşmalara görə yüzlərlə sakin tərk edib

2016-cı ildə elan olunan şeyx Əl-Nimr Əl-Avamiyada yaşayıb. Fotonun müəllifi AFP/Getty
Image caption Hökümət əleyhinə etirazları dəstəkləyən və 2016-cı ildə edam olunan şeyx Əl-Nimr Əl-Avamiyada yaşayıb.

Səudiyyə Ərəbistanın Əl-Avamiya şəhərini, təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşmalara görə yüzlərlə adam tərk etməkdədir.

Rəsmilər may ayından başlayaraq Əl-Avamiya şəhərində qədim məhəlləni ləğv etməyə çalışır.

Rəsmilərin iddiasına görə, dar küçələri olan həmin qədim məhəllədən şiə silahlıları sığınacaq kimi istifadə edir.

Fəallar təhlükəsizlik qüvvələrini, sakinləri məhəllədən güc işlədərək çıxarmaqda ittiham edirlər.

Səudiyyənin əsasən şiələrin yaşadığı Şərq vilayətində vaxtaşırı baş verən iqtişaşlar silsiləsində sözüdən toqquşma sonuncusudur.

Reuters agentlyinin bildirdiyinə görə, toqquşmalarda ikisi polis olmaqla azı 7 nəfər həlak olub.

Yerli fəallar Səudiyyə qüvvələrini evlərə və maşınlara atəş açmaqda, binalar dağıdıb yandırmaqda ittiham edirlər.

Bəzi sakinlər Səudiyyə rəsmilərinə müraciət edərək, qonşuluqdakı şəhərə köçüb yaşamaq imkanı yaratmağı xahiş ediblər, Səudiyyə mediası bildirib.

Qətif şəhəri ətrafındakı ərazidə yaşayan şiə sakinləri sünni mütləqiyyət hakimiyyəti tərəfindən diskriminasiyaya məruz qaldıqlarını bildirirlər.

May ayında BMT Səduyyəni, Əl-Avamiyada 400 il yaşı olan Əl-Movasara məhəlləsini dağtmaq niyyətində olduğuna görə tənqid edib

BMT, 2000-3000-dək adamın yaşadığı həmin məhəllənin tarixi və mədəni irsinin təhlükə altında olduğunu bildirib.

Səudiyyə rəsmiləri məhəllənin elektrik enerisini vaxtaşırı kəsərək, sakinləri oranı tərk etməyə məcbur edirlər, BMT-nin xüsusi məruzəçisi Leilani Farha bildirib.

Şərq vilayətində hökümət əleyhinə çıxışlar 2011-ci ildən, Ərəb Baharından sonra başlayıb.

2016-cı ilin yanvarında nüfuzlu şiə xadimi Nimr Əl-Nimr edam ediləndən sonra toqquşmalar və etirazlar intensivləşib.

Hökümət əleyhinə etirazları dəstəkləyən şeyx Əl-Nimr Əl-Avamiyada yaşayıb.

İyul ayında Səudiyyənin Qətif regionunda terror aktları törətdiklərinə görə 4 nəfər edam olunmuşdu.

Həmin ayda Səudiyyə təhlükəsizlik qüvvələrinin iki üzvü bomba hücumları nəticəsində Əl-Avamiya şəhərində öldürülmüşdü.

İyun ayında da digər bir qulluqçu və daha iki nəfər öldürülüb.

Fəalların bildirdiyinə görə, etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açır.

Fəallar eləcə də aksiya iştirakçılarının həbsxanaya atıldığını və bəzilərinə ölüm hökmü kəsildiyini bildiriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş