Trump-Rusiya saqası 5 izahda

Rusiya matryoşka kuklaları Fotonun müəllifi Getty Images

Donald Trump-ın prezidentliyini müşayiət edən bu əhvalatın tarixçəsinə nəzər salaq.

Qısası

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya ABŞ prezident seçkilərində Trump-ın qələbə qazanmasına səy göstərib. Hazırda gedən bir neçə istintaqın məqsədi Trump-ın kampaniyası iştirakçılarından kimin bu məsələ ilə bağlı olub-olmamasını yoxlamaqdır.

Dəlil varmı?

Trump-ın ətrafı ilə Rusiya arasında getdikcə daha çox əlaqələrin olması aşkarlanıb. Bu əlaqələrdən bəziləri vaxtında açıqlanmayıb. Prezidentin özü, ətrafında olanların Rusiya ilə məxfi sövdələşdiklərinə dair iddiaları rədd edərək, bu məsələyə dair "xəbərlərin" saxta olduğunu bildirib.

Görüşlər gizli sövdələşmə deməkdirmi?

Xeyr, lakin prezidentin oğlu Donald, Hillary Clinton əleyhinə materiallara malik olduğunu iddia edən rusiyalı vəkillə görüşüb. Görüşü təşkil etmiş vasitəçi həmin vəkilin Moskvaya işlədiyini deyib, lakin xanım vəkil və Kreml bu iddiaları rədd edirlər.

Daha kimlərin adı çəkilir?

Rusiya ilə əlaqələri araşdırılan Trump komandasının digər üzvləri arasında Baş prokuror Jeff Sessions və prezidentin kürəkəni və müşaviri Jared Kushner var.

Bəs prezident?

İstintaqlardan birinə rəhbərlik edən FBI Federal Təhlükəsizlik Bürosunun keçmiş direktoru James Comey vəzifəsindən kənarlaşdırılandan sonra, sual edilir ki, görəsən, prezident istintaqın gedişinə təsir göstərməyə cəhd edirmi? Hüquqşünasların bu məsələyə baxışı fərqlidir.

Bu barədə daha geniş