Britaniya mətbuatı: “Zorladınsa evlən” qanunlarını Şərqə Avropa gətirib?

Bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində qadınlara qarşı zorakılığı təsisatlandıran qanunlara yenidən baxılır. Fotonun müəllifi Getty Images
Image caption Bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində qadınlara qarşı zorakılığı təsisatlandıran qanunlara yenidən baxılır.

"The İndependent" yazır ki, İordaniyada zorlamaya görə mühakimə olunan şəxsin azadlığa çıxması çox sadə məsələdir. Bunu nəzərdə tutan xüsusi məcəllə maddəsi var.

Lakin bu maddə zorlanan qadını təkrar müsibətə düçar edir.

İordaniya cinayət məcəlləsinin 308-ci maddəsi zorlayan şəxsi cinayət məsuliyyətindən azad edir, bir şərtlə ki, o zorladığı şəxslə nikaha razılıq versin.

Bu maddənin ən maraqlı cəhəti budur ki, belə nikah ən azı üç il davam etməlidir. Əks halda zorlamaya görə məhkum edilən şəxs cəzasını tamamilə çəkməli olacaq.

Buna baxmayaraq 2010-2013-cü illər arasında 159 qadın zorlayan şəxs azadlığa buraxılıb.

Burası da var ki, antizorlama kampaniyaçılarının mübarizəsi sayəsində İordaniya millət vəkilləri qadını zorlayan şəxsə azadlıq verən bu qanunu ləğv etməyə hazırlaşırlar.

Zorakılığı təsisatlandıran qanunlara yenidən baxılır

İndi Yaxın Şərq və Şimali Afrikada qadınlara qarşı zorakılığı təsisatlandıran qanunlara yenidən baxılır.

Hazırda "zorladınsa evlən" tipli qanunlar Misir, Mərakeş və Tunis kimi ölkələrdə ləğv edilib.

Ötən il Beyrutda rəssam Mirey Honeyn qadınlara qarşı zorakılığa haqq qazandıran qanunlara qarşı kampaniyasında dənizkənarı bulvar boyunca dar ağacına çəkilmiş gəlinlik paltarları asıb.

Bu arada İordaniyada qadın haqları fəalları olduqca təsirli videoklipləri Facebook və YouTube-da yerləşdiriblər.

Ən maraqlısı budur ki, bu qanunlar yerli ənənələrə söykənmir.

Məsələn İordaniyada 308-ci maddə Osmanlı üsul-idarəsinin qalığıdır. Lakin osmanlılar da bu qanunu Fransanın Cinayət Məcəlləsindən götürüblər.

Livanda və Tunisdə də İordaniyadakı 308-ci maddəyə bənzər məcəllə maddələri qalır.

"The İndependent" yazır ki, müstəmləkəçilik zamanında bu sayaq "centlmen razılaşmaları" çox idi.

Müstəmləkəçilər ölkəni işğal etdikdən sonra yerli problemlərin həllini yerlilərin öhdəsinə buraxırdılar.

Məqalədə deyilir ki, bu gün Yaxın Şərq ölkələrində qadınları əzən bir çox qanunlar məhz müstəmləkəçiliyin qalığı hesab olunmalıdır.

Daha bir maraqlı məsələ budur ki, "zorladınsa evlən" tipli qanunlar Fransa kimi Avropa ölkəsində yalnız 1994-cü ildə ləğv olunub.

Buna baxmayaraq Avropadan idxal edilmiş qəribə qanunlar region boyunca hələ də qüvvədədir.

Ötən il Tunisdə 20 yaşlı oğlan 13 yaşlı ögey bacısını zorladıqdan sonra hakim onların evlənməsi barədə hökm çıxarmış və qalmaqala səbəb olmuşdu. Hakimin belə hökmünə həm də səbəb o idi ki, qız bu zorlamadan uşağa qalmışdı.

Ən əhəmiyyətlisi budur ki, belə qanunları müdafiə edənlər əsasən elə bu kimi situasiyaları əsas gətirirlər.

Burada bir tərəfdən qız uşağa qalıb, digər tərəfdən isə o, hələ də eyni icmanın sıralarında yaşamalıdır.

Kədərlisi budur ki, belə hallarda zoralığı törədən deyil, ona məruz qalan şəxs bütün iztirabları çəkməli olur.

Amma ümid verən hal budur ki, hazırda bu cür qanunlar yerli kampaniyaçıların təzyiqi altında dəyişidirilir.

Yerli əhali də belə qanunların ləğvinə dəstək verir.

Bu yaxınlarda İordaniyada keçirilmiş rəy sorğusu göstərib ki, rəyi soruşulanların 70 faizi "zorlama qanunlarının" ləğvini istəyir.

Əhalinin yalnız 13 faizi köhnə qanunu dəstəkləyir.

Fotonun müəllifi Getty Images
Image caption "The Guardian" yazır ki, indiyədək genomun dəyişdirilməsi nəticəsində əldə olunmuş rüşeymdən uşaq inkişaf etdirilməyib. (Foto arxivdəndir)

Alimlər "genetik redaktə" sahəsində yeni uğur əldə ediblər

"The Guardian" yazır ki, alimlər insan rüşeymində ürək qüsurları yaradan gen mutasiyasını dayandıran dəyişiklik ediblər.

Çin nəzərə alınmazsa bu, insan genomunun "redaktəyə" məruz qaldığı ilk təcrübədir.

İnsan rüşeymində genomun bu sayaq dəyişdiriləmsəi anadangəlmə irsi xəstəliklərin gələcək nəslə ötürülməsini dayandıra bilər.

"The Guardian" yazır ki, indiyədək genomun dəyişdirilməsi nəticəsində əldə olunmuş rüşeymdən uşaq inkişaf etdirilməyib, çünki belə təcrübə əksər ölkələrdə qadağan olunub.

Buna baxmayaraq sözü gedən təcrübənin uğuru belə təcrübələrin gələcəkdə sağlam uşaq dölünün yaradılması üçün imkanların gerçəkləşməsinə ümid verir.

Alimlər hələlik genom redaktəsi ilə yalnız ürək qüsurlarının önlənməsinin mümkünlüyünü isbat ediblər, lakin onlar bu fikirdədilər ki, eyni üsuldan bütün başqa irsi xəstəliklərinin qarşısının alınması üçün istifadə oluna bilər.

Oreqon Sağlamlıq və Elm Universitetinin fertillik üzrə eksperti Paula Amanto deyib ki, gen redaktəsinin insan səhhəti üçün təhlükəsizliyi sübut olunarsa, gələcəkdə bir çox irsi xəstəliklərin qarşısı alına bilər.

Alimlər bu təcrübə zamanı anadangəlmə ürək qüsuru olan kişinin spermi ilə yaradılmış rüşeyşmə "düzəliş" ediblər.

Sözü gedən şəxsdə ürəyin əzələ divarında naziklik qeydə alınmışdı. Bu xəstəlik adətən hər 500 nəfərdən birində müşahidə edilir və gənc adamlarda qəfil ürək infarktına səbəb ola bilər.

İnsanlarda adətən hər genin iki nüsxəsi olur, lakin bəzi mutasiyalar nüsxələrdən yalnız birində baş verir.

Alimlər sözü gedən kişinin spermi ilə sağlam yumurtadan rüşeym əldə etdikdən sonra müşahidə ediblər ki, rüşeymlərin tam yarısı mutasıyalı genin daşıyıcısı olur. Əgər belə rüşeym sağlam qadının bətninə köçürülsə idi, həmin qadının uşağı irsi ürək qüsuru ilə doğulacaqdı.

Nəticələri barədə hesabat Nature jurnalında dərc edilmiş təcrübələr göstərib ki, hətta mayalanmanın ilkin mərhələsində həyata keçirilmiş gen redaktəsi 58 rüşeymdən 48-də və ya bütün rüşeymlərin 72 faizində xəstəliyə səbəb olan mutasiyanın qarşısını alır.

"The Guardian" yazır ki, bu metodun uğurundan xüsusilə də süni mayalandırma yolu ilə yaradılan hamiləlikdə istifadə oluna bilər.

Bu sahədə ən son araşdırmaları aparmış Şuxrat Mutalibov deyib ki, gen redaktəsi süni mayalandırma zamanı sağlam rüşeymdən istifadəyə imkan yaradır.

Buna baxmayaraq belə təcrübələr hələlik real həyatda tətbiq oluna bilmir.

Çünki, məsələn Britaniyada redaktə olunmuş rüşeymin qadınlara köçürülməsi rəsmən qadağandır.

Bu təcrübələrdən sonra açıq qalan müəyyən suallar da var. Bunlardan biri fə qadın yumurtasında gen redaktəsinin mümkünlüyü məsələsidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş