ABŞ: Dostunu "intihara təhrik edən" mətnlər göndərən qadına cəza kəsilib

Michelle Carter və Conrad Roy Fotonun müəllifi Facebook
Image caption Mişel Carter dostu Conrad Roy-a intihara təhrik edən SMS-lər göndərib

ABŞ-ın Massachusetts ştatında dostunu mobil telefonundan zənglərlə və göndərdiyi mətnlərlə intihara təhrik edən qadın məhkəmənin qərarı ilə iki il yarım müddətinə azadlıqdan məhrum olunub.

Hazırda 20 yaşı olan Michelle Carter 15 ay müddətini həbsxanada keçirəcək, sonrakı 5 il ərzində isə ona sınaq müddəti tətbiq olunacaq.

Michelle Carter-in dostu Conrad Roy 2014-cü il iyulun 13-də intihar edib.

Bu ilin iyun ayında Carter qəsdən törədilməyən qətl hadisəsinə görə ittiham olunmuşdu.

Michelle Carter-ə apellyasiya ərizəsinə baxılanadək azadlıqda qalmaq icazəsi verilib.

Ona qarşı irəli sürülmüş ittihama uyğun olaraq, Michelle Carter -ə 20 illik həbs cəzası kəsilə bilərdi.

Lakin müttəhim qadının vəkilləri tərəfindən bu müddətin azaldılması üçün həm Michelle Carter, həm Conrad Roy-un ruhi xəstəlikdən əziyyət çəkdikləri vurğulanmışdı.

"Onun hərəkətləri Conrad Roy-u öldürüb", - cəza qərarını verən hakim məhkəmədə bildirib.

Massachusetts ştatında şəxsi intihara təhrik edilməsini kriminallaşdıran qanun hazırda mövcud olmadığından sözügedən məhkəmə işi, güman edildiyinə görə, hüquqi presedent müəyyən etmiş olacaq.

Roy 2014-cü ildə avtomobilində dəm qazından boğularaq ölü halında tapılanda Carter-in 17 yaşı var idi.

Carter-in öz SMS mətnlərilə dostunu intihara təhrik etməsi aşkar olunandan sonra bu əhvalat ABŞ-da geniş ictimai diqqəti cəlb edib.

İntihar etdiyi anlarda isə Carter dostuna "Sən bunu etməlisən, Conrad" mətnini göndərib.

Əlaqəli mövzular

Bu barədə daha geniş