Təyyarə ABŞ səmasında öz siluetini çəkib

Boeing 787 Dreamliner Fotonun müəllifi Getty Images
Image caption Boeing 787 Dreamliner artıq 14 saatdır ki, səmada öz siluetini "çəkir"

Boeing 787 təyyarəsi Amerika hava məkanında marşrutu özünün siluetini əks etdirən uçuş həyata keçirib.

Boeing 787 Dreamliner səfərin sonunda qayıdacağı Seattle-dan havaya qalxıb.

Təyyarə təxminən 18 saat havada olub.

Dreamliner-in uçuşunu Radarbox24 və Flightradar24 saytlarında izləmək mümkündür.

Image caption "Boeing"in silueti ABŞ səmasında

Bu material dərc olunana qədər təyyarə özünün sağ qanadını "çəkib".

Boeing 787 Dreamliner sərnişin təyyarəsidir və 300 sərnişin tutur.

Şirkətin məlumatına görə, ilk kommersiya reysini 2011-ci ildə həyata keçirən bu təyyarə Boeing-in əvvəlki modellərindən daha qənaətlidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş