Səyahət şəkilləri: Ən yaxşı fotolar

Fotonun müəllifi GMB Akash / TPOTY

Banqladeşdə gənc qadın yol haqqını ödəməmək üçün sürətlə gedən qatarın vaqonlarını biri-birinə bağlayan kilidləmə qurğusuna əyləşib.

Foto 2009-cu ilin Travel Photographer of the Year müsabiqəsinin qalibi GMB Akash tərəfindən çəkilib.

Bu foto Londonun Greenwich rayonunda yeni təşkil olunmuş pulsuz sərgidə nümayiş etdirilir.

Sərgidə, müsabiqədə son illərdə qalib gəlmiş və eləcə də münsiflərin son 14 ilin arxivindən seçdiyi şəkillər nümayiş etdirilir.

2003, Hoi An, Vyetnam

Michael Matlach, ABŞ

Fotonun müəllifi Michael Matlach / TPOTY

Münsif şərhi: "Hoi An-ın səhər bazarı təsvirində rəng və hərəkət aşıb-daşır. Michael Matlach, çəkdiyi şəkildə bazarın ruhunu bir kadrla tamaşaçıya çatdıra bilib."

2004, Kolenze, Mali

Remi Benali, Fransa

Fotonun müəllifi Remi Benali / TPOTY

Şəkildəki oğlan isti hava mövsümündə sərin yelin əsməsinə sevinir.

2005, Havana, Kuba

Lorne Resnick, Kanada

Fotonun müəllifi Lorne Resnick / TPOTY

Fotoqraf Lorne Resnick: "Mən yaşayış binası həyətinə daxil olanda, nədənsə arxaya da nəzər saldım. Bir-birinə qonşu olan iki pəncərə arasında ticarət başlamışdı - bir qadın qonşusuna bir cüt yumurta verirdi."

2005, Niderland

Gerard Kingma, Niderland

Fotonun müəllifi Gerard Kingma / TPOTY

Münsif şərhi: "Fotoqraf Gerard Kingma-nın bəxti gətirib ki, belə bir anı kamerasına çəkə bilib. Bu foto "Azadlıq anı" mövzusunun qalibi çıxıb."

2005, Jalisco, Meksika

Todd Winters, ABŞ

Fotonun müəllifi Todd Winters / TPOTY

Meksikanın Tepatitlan şəhəri. Yolun qırağında papaqçı, müştəriləri cəlb etmək üçün tikdiyi şlyapalarını sərgiləyib. Sadəliyi ilə seçilən bu şəkil tamaşaçıda bir sıra suallar doğurur. Satıcı yuxulayır? O, başındakı şlyapanı şəkildə solda görünən boş dirəkdənmi çıxarıb? Yoxsa, həmin dirəkdəki şlyapa artıq satılıb?

2009, Mathura, Uttar Pradesh, Hindistan

Poras Chaudhary, Hindistan

Fotonun müəllifi Poras Chaudhary / TPOTY

Hindistanda qışı yola salan və baharı qarşılayan, iştirakçılara şən əhval-ruhiyyə və enerji verən Hindu festivalı.

2011, Kanada Arktikası

Thomas Kokta, Almaniya

Fotonun müəllifi Thomas Kokta / TPOTY

Fotoqraf Thomas Kokta: "Günəş fırtınalarının maksimum intensivliyi 2011-ci ilə təsadüf etmişdi. Həmin il Şimal Qütb parıltısını müşahidə etmək üçün əlverişli vaxt idi. Bu səbəbdən mən Qütb parıltısını çəkmək üçün Kanada Artikasında vaxt keçirməyə 3 həftə ayırdım. Həmin zaman orada havanın temperaturu gecə -40C və -45C arasında idi."

2011, Ağ Dəniz, Kareliya regionu, Şimali Rusiya

Franco Banfi, İsveçrə

Fotonun müəllifi Franco Banfi / TPOTY

Fotoqraf Franco Banfi: "Ağ balina mənə tərəf üzdü və ən son anda mənə dəyməkdən yayındı. O, bunu bir neçə dəfə təkrar etdikdən sonra mənə tərəf yaxınlaşmağa başladı və nəhayət dayanaraq şəklini çəkməyə imkan verdi. O, aqressiv deyildi, sadəcə oynamaq istəyirdi."

2012, Omo çayıvadisi, Efiopiya

Jan Schlegel, Almaniya

Fotonun müəllifi Jan Schlegel / TPOTY

Fotoqraf Jan Schlegel: "Biwa, Karo tayfasının ən çox hörmət göstərilən döyüşçülərindən biridir. O, fərəh hissi ilə mənə 3 şir, 4 fil, 5 bəbir, 15 bizon, çox sayda timsah və qonşu tayfalarla toqquşmalarda bir neçə adamı öldürdüyünü bildirib. Dərindən ah çəkdikdən sonra isə o deyib ki, artıq indi vəziyyət dəyişib və ovçuluqla məşğul olmağa daha icazə verilmir və o, köhnə vaxtların həsrətini çəkir".

2012, Sibir, Rusiya

Alessandra Meniconzi, İsveçrə

Fotonun müəllifi Alessandra Meniconzi / TPOTY

Nenlər maral saxlayan və köçəri həyat tərzi yaşayan xalqdır. Onlar Şimal Qütb dairəsinin xaricində, çətin hava şəraiti və mühitində yaşayırlar. Onlar maral dərisi və keçədən qurduqları çadırlarda yaşayırlar. Həmin çadırlara nenlər "çum" deyir. Bu şəkildəki qız uşağı evinə odunluq ağaç parçası aparır.

2013, Phuket, Tailand

Justin Mott, ABŞ

Fotonun müəllifi Justin Mott / TPOTY

Fotoqraf Justin Mott: "Bu şəkil tamaşaçıları məəttəl qoyur: "Əgər fil sudadırsa, ayaqları niyə görünmür" - bu sualın cavabı sadədir. Fil suda yox, sahildə dayanıb! Şəkildə suda görünən qız, su səthi hüdudsuz olduğu təəssüratı bağışlayan, geniş bir hovuzda üzür. Bu kadrın belə alınması üçün mən hovuza girərək, kameramı sukeçirməz torbada suyun səthində elə yerləşdirdim ki, cihaz yarıyadək suda olsun."

2014, Mara çayı, Şimali Serengeti

Nicole Cambre, Belçika

Fotonun müəllifi Nicole Cambre / TPOTY

"Qnu antilopları sürüsü yağışın altında çaşıb qalıb. Sürü çayı hər iki istiqamətdə keçir. Sıldırım qayanın qırağına çatan heyvanların bir qrupu aşağıda görünən daha iri digər bir dəstəyə qoşulmağa çalışır. Şəkildə qayadan özünü aşağı atan qnu antilopun öz növbəsini gözləməyə, görünür, hövsələsi çatmayıb."

2014, Kinşasa, Konqo Demokratik Respublikası

Johnny Haglund, Norveç

Fotonun müəllifi Johnny Haglund / TPOTY

"Les Sapeurs" adlı qrupun üzvləri ətrafdakı yoxsulluq mənzərəsi fonunda Kinşasa küçələrini bahalı modelçi dizaynerlərin tikdiyi paltarda gəzirlər. Onlar Konqo Demokratik Respublikasındakı digər kişilərdən fərqli görünməyə çalışsalar da, əslində adi sakindirlər - onlar hamı kimi adi işdə işləyir, uşaq-ailə saxlayır.

2015, Atchafalaya gölü, Louisiana, ABŞ

Marsel van Oosten, Niderland

Fotonun müəllifi Marsel van Oosten / TPOTY

Fotoqraf Marsel van Oosten: "Atchafalaya hövzəsi ABŞ-da göl və bataqlıqlarla zəngin ən iri ərazi sayılır. Şəkildə, bu ərazidə saysız-hesabsız kanallardan birində avar çəkən kayakçı təsvir olunub. Foto, səhərin çəni seyrələrkən çəkilib. Şəkildəki mənzərədə müyyən səliqə və nizam hiss olunur. Louisiana ştatında da belə bir ərazi var, lakin oradakı mənzərədə nizam yoxdur."

Travel Photographer of the Year sərgisi Londonun Greenwich rayonunda avqusutun 4-dən sentyabrın 3-dək davam edəcək.

Bütün çəkillərə müəlliflik hüququ Travel Photographer of the Year təsisatına məxsusdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş