Ekstremal hava “ildə 152 000 avropalınının ölümünə” bais ola bilər

Madriddəki termometr +46 dərəcə göstərir. Fotonun müəllifi AFP
Image caption Madriddəki termometr +46 dərəcə göstərir.

İqlim dəyişməsi fəsadlarının qarşısı alınmazsa ekstremal hava şəraiti 2100-cü ilədək hər il 152 minə kimi avropalının ölümünə səbəb ola bilər, alimlər bildirir.

Bu potensial ölüm hallarının sayı üzrə daha əvvəl verilən rəqəmlərdən 50 dəfə artıqdır.

The Lancet Planetary Health nəşrinin hesabatına əsasən Avropada hava şəraiti ilə bağlı ölüm hallarının 99 faizinə aşırı istilər səbəb ola bilər.

Ekstremal hava şəraitinin altını ən çox cənubi avropalılar çəkəcək, məlumatda deyilir.

Ekspertlər hesab edir ki, rəqəmlər narahatedicidir.

Hərçənd ki, bəziləri proqnozların bir qədər şişirdilmiş olduğunu düşünür.

Avropa Komissiyasının Müştərək Araşdırma Mərkəzi hazırkı siyasətin dəyişməz qaldığı təqdirdə ekstremal hava şəraitilə bağlı öz proqnozunu verib:

  • Avropada ekstremal hava şəraiti nəticəsində ölüm hallarının illik səviyyəsi 2071-2100-cü illərdə 152 minə çata bilər. 1981- 2010-cü illər arasında bu rəqəm 3 minə yaxın olub.
  • 2100-cü ilədək təbii fəlakətlərin fəsadlarını Avropa sakinlərinin 70 faizi hiss edəcək. Əsrin əvvəlində isə bu rəqəm 5 faizə yaxın idi.
  • Hər il daşqınlardan ölənlərin sayı əsrin əvvəlilə müqayisədə 6-dan 233-dək artacaq.

Hesabatda 28 Avropa ölkəsi, habelə İsveçrə, Norveç və İslandiyada daşqın, aşıri istilər, şaxta və qasırğalar kimi ekstremal halların fəsadları təhlil edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş